Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Sumqayıtda güzəştli mənzillərin tikintisinə başlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sumqayıtda güzəştli mənzillərin tikintisinə başlanıb

Mənzil İnşaatı Dövlət Agentliyinin daha bir layihəsi Sumqayıt şəhərində reallaşdırılır.

 

Agentliyin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar olaraq Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 0.76 ha torpaq sahəsi Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmişdir. Layihəyə uyğun olaraq həmin torpaq sahəsində 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasının tikintisi həyata keçirilir.

 

Bu binalarda ümumilkdə 144 mənzil olacaq. Onlardan 36-nın birotaqlı, 72-nin ikiotaqlı, 36-nın üçotaqlı olması planlaşdırılır. Birotaqlı mənzillərin sahəsi təqribən 35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 56 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 74 kvadratmetr təşkil edəcək. Vətəndaşlara güzəştli şərtlərlə təklif ediləcək bütün mənzillər tam təmirli olacaq, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin ediləcək.

 

Ərazidə çoxmənzilli yaşayış binalarının tikintisi ilə yanaşı, mühəndis-kommunikasiya sistemi qurulacaq, yaşıllaşdırma və abadlıq işləri həyata keçiriləcək, həmçinin futbol meydançası istifadəyə veriləcək. Ümumilikdə bütün işlərin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

03.02.2020 13:53

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ