Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanlı iş adamının şirkəti Qazaxstanda ilk müqaviləsini bağladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlı iş adamının şirkəti Qazaxstanda ilk müqaviləsini bağladı

“Nobel Oil Services” şirkəti, Qazaxstan Respublikasında qazma işlərinə aid ilk müqaviləsini “Evrika Oleum” şirkəti ilə bağlayıb.

 

“Nobel Oil Services”dən "Marja"ya verilən məlumata görə, müqavilə çərçivəsində “Nobel Oil Services”, “Evrika Oleum” şirkətinin neft yataqlarının birində quyuların qazılması layihəsi üzrə idarəetmə xidmətlərini göstərəcək.

 

Kontrakt 3100 metr dərinliyə qədər maili neft quyusunun qazılmasına nəzarət xidmətlərini nəzərdə tutur. 

 

"“Evrika Oleum" şirkəti ilə bağlanan konktrakt, ölkədə ehtiyac duyulan bilik, bacarıq və səriştəni təmin etmək baxımından gözəl fürsətdir. "Nobel Oil Services", Xəzər regionunda neft-qaz sənayesinə kompleks xidmətlərin göstərilməsi istiqamətində özünü artıq təsdiq etmiş bir şirkətdir. Qazaxstan Respublikasında kontraktın əldə edilməsi, şirkəti beynəlxalq səviyyəli müəssisəyə çevirmək məqsədi ilə Qrupun yürütdüyü strategiyanın tərkib hissəsidir”, - deyə "Nobel Oil Services" şirkətinin Qazma işləri üzrə Baş Direktoru Samir Mollayev bildirib.

 

“Bu həm də Qrupun Qazaxstanda qazma işləri layihələrinin idarə edilməsi istiqamətində atılmış ilk addımlardan biridir və şirkət, öz portfelini genişləndirmək üçün tələb olunan bütün bilik və təcrübəyə malikdir”, - o özlərinə əlavə etmişdir.

 

“Nobel Oil Services” neft-qaz sahəsində ixtisaslaşan çoxşaxəli şirkətlər qrupudur. Şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarə edilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərirlər.

 

Qeyd edək ki, Böyük Britaniyada qeydiyyatdan keçmiş “Nobel Oil Services” “NEQSOL Holding” şirkətlər qrupuna daxildir. “NEQSOL Holding”in təsisçisi və sahibi Nəsib Həsənovdur.

 

"Nobel Oil Services" ilə bərabər, "Bakcell", "Nobel Upstream". "AzerTelecom Int" və "Norm" şirkətləri də "NEQSOL Holding" qrupuna daxildirlər.

03.02.2020 14:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ