Qəzetlərə pul ayrıldı - Siyahıda “Kaspi” yoxdur

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 20 gündəlik və günaşırı ictimai-siyasi qəzetə birdəfəlik maliyyə yardımı ayırıb.

 

Maliyyə yardımının miqdarı 326000 manatdır. 

 

Qeyd edək ki, Fondun  yaydığı hesabatda maliyyə vəsaiti ayrılan qəzetlərin adları açıqlanmayıb. 
Ancaq məlum olub ki,   maliyyə yardımı ayrılan qəzetlər arasında Azərbaycan və rus dillərində çıxan "Kaspi” və "Kaspiy” qəzetlərinin adı yoxdur. Buna görə də,  hər iki qəzetin kollektivi Prezident İlham Əliyevə müraciət ünvanlayıb. 


Müraciətdə qeyd olunub ki, Azərbaycan dilində nəşr olunan "Kaspi” qəzetinin 26 nəfərdən ibarət kartla əmək haqqı alan kollektivi var: “ Bundan əlavə, qəzet 25-dək kənar müəlliflə qonorar əsasında əməkdaşlıq edir. Kollektiv olaraq sizdən xahiş edirik ki, belə bir tarixi xidmətləri olan qəzetin maliyyə yardımı ayrılan qəzetlərin siyahısına daxil edilməsinə yardımçı olasınız”.

 

Qeyd edək ki, "Kaspi" qəzetinin 1999-cu ilin martından təsisçisi Sona Vəliyevadır. 

 

2020-ci ilin I yarısı üzrə maliyyə yardımı ayrılmış ictimai-siyasi qəzetlərin siyahısı

 

3 Fevral 2020 , 18:18   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin