Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Nazir: Sərmayə fondlarının yaradılması ilə bağlı təkliflər hazırlanır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir: Sərmayə fondlarının yaradılması ilə bağlı təkliflər hazırlanır

“Sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi mexanizminin səmərəli olmasına baxmayaraq dövlət bütün kreditləşməni tam üzərinə götürməli deyil. Bank sektoru bu sahədə əsas mənbə rolunda çıxış etməli olsa da uzunmüddətli maliyyələşmədə onun payı aşağıdır”.

 

“Marja”nın məlumatına görə, bunu Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

 

Həmçinin nazir deyib:

 

"Hazırda biz Mərkəzi Bankdan olan həmkarlarımız ilə real sektora bank kreditlərinin yönəldilməsi üçün atıla biləcək addımları müzakirə edirik. Burada dövlətin mülkiyyətində olan bankların rolu daha yüksək ola bilər. Eyni zamanda, biznesin maliyyələşməsi ehtiyacının qarşılanmasının yeni istiqaməti kimi ölkədə kapital bazarının, o cümlədən fond bazarının inkişafının sürətləndirilməsi və sərmayə fondlarının yaradılması ilə bağlı təkliflər hazırlanır.

03.02.2020 18:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ