Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Rayonumuzda daha iki aqropark yaradılır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Rayonumuzda daha iki aqropark yaradılır"

“Kürdəmir rayonunda 14 min 917 hektar sahədə dörd aqroparkın yaradılması istiqamətində işlər davam etdirilir. Ötən il ümumi sahəsi 4446 hektar olan bitkiçilik sahəsi üzrə ixtisaslaşmış iki aqroparkda işlər başa çatdırılıb, daha iki aqroparkda layihələndirmə və tikinti-quraşdırma işləri aparılır”.

 

Reklam_3_11

“Marja”nın məlumatına görə, bunu Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda  Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov bildirib.

 

İcra başçısı qeyd edib ki, Rayonda heyvandarlıq sahəsinin də inkişafı diqqət mərkəzində saxlanılır. Sizin qayğınız sayəsində Kürdəmir süd emalı zavodunun fəaliyyəti genişləndirilib, yeni istehsal sahələri yaradılıb və zavodda 80 çeşiddən çox məhsul istehsal edilir. Bununla yanaşı, kompleksdə heyvanların sayı 3000 başa, aylıq süd istehsalı 1100 tona çatdırılıb.

 

“Azərbaycanda termal su ilə isidilən, ilk və yeganə təsərrüfat olan “GEOTERMAL AGRO” MMC-yə ayrılmış 55 hektarın 7 hektarında artıq müasir istixana kompleksi quraşdırılıb. Müəssisəyə 15 milyon manat investisiya qoyulub, növbəti illərdə daha 10 milyon manat investisiya qoyulması planlaşdırılır. Hazırda kompleksdə 80 nəfər çalışır, mövsüm vaxtı isə 200 nəfər işlə təmin edilir. Kompleksdə işlər tam başa çatdıqdan sonra 500 nəfər daimi işlə təmin olunacaq. Keçən il müəssisədə istehsal olunan 2100 ton pomidordan 1500 tonu Rusiyaya ixrac edilib”,- Ceyhun Cəfərov əlavə edib.

03.02.2020 20:45

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ