Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Tələbat artıb, 15 milyon ton ehtiyatı olan yeni duz şaxtasını açırıq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Tələbat artıb, 15 milyon ton ehtiyatı olan yeni duz şaxtasını açırıq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Tələbatın artması yeni duz şaxtasının açılmasını zəruri edib. Bu istiqamətdə tədbirlər görülüb, 2019-cu ilin sonunda yeni şaxtanın tikintisinə başlanıb. Şaxtanın tikintisinə dövlətimiz tərəfindən böyük dəstək göstərilir. 15 milyon ton ehtiyatı olan yeni duz şaxtasının açılması və müasir istehsal sahəsinin qurulması müəssisəmizin fəaliyyətinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına, Naxçıvan duzunun daha keyfiyyətli formada istehsal edilməsinə və məhsullarımızın ixrac potensialının artırılmasına imkan verəcəkdir”.

 

Reklam_3_11

“Marja”nın məlumatına görə, bunu Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda  “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Anar Əsədullayev bildirib.

 

O, “Bu gün müəssisəmizin məhsulları yerli tələbatı ödəməklə yanaşı, ölkəmizin digər regionlarına da göndərilir” deyərək çıxışına belə davam edib:

 

“Bakı şəhəri və respublikamızın digər bölgələrində Naxçıvan duzuna olan tələbat günbəgün artmaqdadır. Artıq Bərdə şəhərində müəssisənin bazası yaradılıb.

Onu da qeyd edək ki, insan sağlamlığı üçün vacib elementlərlə zəngin olan Naxçıvan duzunun xarici bazara çıxarılması, tanıdılması istiqamətində də işlər davam etdirilir. Ayrı-ayrı ölkələrdə keçirilən biznes forumlarda, sərgilərdə yaxından iştirak edirik. Bu da əlaqələrimizin genişlənməsinə və ixrac imkanlarımızın yaranmasına əlverişli şərait yaradır.

 

Müəssisəmizdə xammalın çıxarılmasından satışa göndərilməsinədək bütün texnoloji proseslərə, istehsal olunan duzun keyfiyyətinə və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. Əvvəllər 8 çeşiddə məhsul istehsal edirdiksə, həyata keçirilmiş tədbirlər nəticəsində məhsul çeşidinin sayı 18-ə çatdırılıb, 60 nəfər işlə təmin olunub”.

03.02.2020 20:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ