Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Çanta bazarında mühüm satınalma

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çanta bazarında mühüm satınalma
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ötən ay 1.8 milyard dollara rəqibini satın alan çanta nəhəngi "Samsonite", daha bir satınalmaya imza atır.  Şirkət ABŞ-da onlayn çanta satıcısı "eBags"ı 105 milyon dollara satın alır.


 
"Marja" xəbər verir ki,  "Samsonite" bu satınalma ilə internetdəki mövqeyini möhkəmləndirmək istəyir.


 
Lüks segmentdə fəaliyyət göstərən rəqibi "Tumi"yi ötən ay 1.8 milyard dollara satın alan "Samsonite", indi də e-ticarətdə daha fəal olmaq üçün "eBags"ı satın alır. Məsələyə dair açıqlama şirkət tərəfindən səhər saatlarında verilib.


 
Şirkət açıqlamasında "Bu satınalma şirkətimizin e-ticarət sahəsində böyüməsinə Şimali Amerikada və dünyada böyük bir təkan verəcək. Eyni zamanda şirkətimizə güclü bir "nou-hau" təmin edəcək və rəqəmsal gücümüzü genişləndirəcək" deyilir.


 
 Müqavilənin 2017-ci ilin ikinci rübündə başa çatdırılması gözlənilir.

07.04.2017 12:57

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ