Qapılar satan tanınmış şirkət cərimələndi - YENİLƏNİB
22.06.2020 - EURODOOR MMC mövzu ilə bağlı açıqlama yayıb:
Açıqlamada deyilir:
Yazıb diqqətnizə catdırmaq istərdik ki, 04.02.2020 tarixində internet səhifənizdə EURODOOR MMC haqqında Nizami Rayon Məhkəməsinin MMC-ni cərimə etməsi ilə bağlı xəbər dərc olunmuşdur. Bu məsələ ilə bağlı prosses bitmədiyi üçün dərc etdyiniz xəbərə münasibət bildirilməmişdir. Bu məsələ ilə bağlı işə artıq Bakı Apellyasiya Məhkəməsinin 21.02.2020 tarixli 3(103)-183/2020 və Nizami Rayon Məhkəməsinin 02.06.2020 tarixli 3(007)-522/2020 saylı qərarlarına əsasən xitam verilmişdir.
Şirkət olaraq hər zaman gördüyümüz xidmətin keyfyyəti və şirkət imicinin müsbət formalaşdırılması bizim ən ali vəzifələrdən biridir olmuşdur.
XXX
04.02.2020 - “Euro Door” MMC valyuta tənzimi qaydalarını pozduğuna görə inzibati qaydada cərimə edilib.
Nizami Rayon Məhkəməsinin qərarına əsasən, şirkət 2688 ABŞ dolları cərimələnib.
“Euro Door” MMC İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.
Qərardan şirkət tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, ”Euro Door” şirkəti Avropanın avtomatika sektorunda tanınan “Boon Edam” (Hollandiya), “LİFE” (İtaliya), “GİLGEN” (İsveçrə) kimi markaların Azərbaycandakı rəsmi distributorudur. Avtomatik açılıb-bağlanan, fırlanan qapı sistemləri, turniketlər və s. məhsulların satışı ilə yanaşı, quraşdırılmasını və servis xidmətini də həyata keçirir.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
24 d. əvvəl
Unibank biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır
-
1 saat əvvəl
İki ayda Azərbaycan banklarının xalis mənfəəti 210 mln. manata çatıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Park Yasamal"da sərfəli qiymətlərlə mənzil satışı davam edir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Xarici və yerli şirkətlər bürokratik əngəl olmadan məhsullarını fermerlərə təklif edə bilər"
-
4 saat əvvəl
Avtomobilin dəyərinin 70 faizinədək cərimənin hansı halda tətbiq olunacağına aydınlıq gətirilib
-
4 saat əvvəl
Azərbaycandan xaricə ötən il 3 milyard dollardan çox birbaşa investisiya yatırılıb
-
4 saat əvvəl
Azərbaycana ötən il Rusiyadan 1 milyard dollardan çox pul köçürülüb
- 4 saat əvvəl