Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Çinin internet nəhəngi ilk 10-a girdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çinin internet nəhəngi ilk 10-a girdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Wechat" adlı mobil tətbiqilə tanınan Çinin texnologiya nəhəngi "Tencent" 279 milyard dollarlıq bazar dəyəri, hələ də "Apple"ın bir nömrə olduğu dünyanın ən qiymətli ilk 10 birja şirkəti arasına girməyi bacarıb.


 
"Marja" xəbər verir ki,"Tencent"i Honq Konq birjasında Çərşənbə günü 1,6 faiz artımla 279 milyard dollarlıq bazar dəyərinə çatıb və beləliklə, Nyu-York birjasında 275,1 milyard dollardan bağlanan Amerikanın maliyyə qurumu "Wells Fargo"yu geridə qoymuşdur. Hazırda dünyanın ən dəyərli on şirkətindən altısı texnologiya şirkətidir. İlk dörd sırada Apple, Alphabet (Google), Microsoft və Amazon yer alır.


 
 Honq Konq birjasında əməliyyat görən Çinin "Tencent" şirkətinin bazar dəyəri son on iki ayda 44 faiz artıb. Keçən ilin sentyabr ayında "Tencent", o vaxta qədər bazar dəyəri baxımından birinci olan "China Telecom"u geridə qoyaraq Çində birja dəyəri ən yüksək şirkət olmağı bacarıb. Analitiklər qiymət artımının davam edəcəyini təxmin edirlər.


 
Şenzendə 1999-ci ildə yaradılan qrupun maliyyə vəziyyətinin güclənməsində xüsusilə mobil telefon oyunlarının populyarlıq qazanması mühüm rol oynayıb. Ağıllı telefonlar üçün inkişaf etdirdiyi "Honour of Kings" kimi oyunlar sayəsində dövriyyəsində  25%-lik bir artım baş verib. Xüsusilə də ötən il, "Clash of Clans"ın yaradıcısı olan Finlandiyanın video oyun studiyası "Supercell"in əksəriyyət hissəsini 8,6 milyard dollara satın alması ilə oyun sektorundakı mövqeyini daha da möhkəmləndirib.


 
 Çinin  "Tencent" şirkəti onlayn məcrada reklamdan oyunlara, musiqi, ödəmə, video məzmun istehsalı və hətta e-ticarətə qədər çox geniş bir spektrdə imperiya yaratmış durumdadır.

07.04.2017 13:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ