Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Daha bir “ToxumArt” mağazası açıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha bir “ToxumArt” mağazası açıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu fermerlərin sertifikatlı toxumlara və aqrotexniki qulluq vasitələrinə olan tələbatlarını ödəmək məqsədilə daha bir toxum mağazasını təqdim edib.

 

Reklam_3_11

“ToxumArt” əmtəə nişanı altında fəaliyyət göstərən mazağa Bərdədə açılıb.

 

Açılış mərasimində Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, Bərdə rayon İcra Hakimiyətinin rəsmiləri, və digər qonaqlar iştirak ediblər.

 

“ToxumArt” mağazasında Dövlət Toxum Fondunun idxal etdiyi sertifikatlı, məhsuldar, yüksək reproduksiyalı buğda, arpa, kartof və xaşa toxumları mövcuddur. Mağazada Respublika Süni Mayalandırma Mərkəzinin istehsal etdiyi yerli və xarici buğa toxumlarının satışı həyata keçirilir. Süni mayalandırma mütəxəssisləri toxumlarla yanaşı, süni mayalandırmada istifadə olunan digər zəruri ləvazimatları əldə edə biləcəklər. Həmçinin süni mayalandırma üsulunun tətbiqi üçün nəzərdə tutulan yüksək keyfiyyətli ətlik və südlük buğa toxumlarının satışı “ToxumArt” mağazaları vasitəsilə daha da əlçatan olacaq.

 

Bundan başqa, mağazada Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu və “Samux rayonunda meyvə qurusu istehsalı” müəssisəsinin istehsal etdiyi yerli tərəvəz toxumları təqdim edilib. Fermerlərə yerli tərəvəz toxumlarının təqdim edilməsinin əsas məqsədi ölkə fermerlərini mövcud bazar qiymətlərindən aşağı qiymətlə, sertifikatlı, müxtəlif çeşidli, yüksək keyfiyyətli, məhsuldar toxumlarla təmin etməkdir. “ToxumArt” mağazaları fermerlərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanan təlimatlar və aqrotexniki qulluğa dair məlumatlar təqdim edir.

 

“Dövlət-Özəl Tərəfdaşlıq” prinsipi əsasında fəaliyyətə əsaslanaraq mağazada toxumçu fermerlərin və Dövlət Toxum Fondunun əməkdaşlıq etdiyi özəl şirkətlərin yetişdirdikləri toxumlar, yerli və xarici aqrotexniki qulluq vasitələri alıcılara təklif edilir.

04.02.2020 10:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ