ISO 22000:2018 standartı Azərbaycan dilinə tərcümə edilib - TƏDBİR KEÇİRİLƏCƏK, TARİX

 ISO 22000:2018 beynəlxalq standartı Assosiasiyanın aparıcı mütəxəssisləri tərəfindən Azərbaycan dilinə tərcümə edilərək hazırlanıb.

 

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019 - 2025-ci illər üçün Dövlət Proqramı”nda əhalinin sağlam və təhlükəsiz qida ilə tam təmin edilməsi, kənd təsərrüfatı və qida məhsullarının məhsuldarlığının və rəqabət qabiliyyətinin artırılması, inkişaf etmiş ölkələrin bazarlarına ixrac həcminin artırılması nəzərdə tutulub.

 

Dövlət Proqramından irəli gələn vəzifələrin həyata keçirilməsinə, ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə, eyni zamanda yerli müəssisələrimizin ixrac potensialının artırılmasına dəstək  vermək məqsədilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi yeni layihəyə başlamış və bu layihə çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi üzrə ən çox tətbiq olunan ISO 22000:2018 beynəlxalq standartı Assosiasiyanın aparıcı mütəxəssisləri tərəfindən Azərbaycan dilinə tərcümə edilərək hazırlanıb.

 

 “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi yuxarıda qeyd olunan standartın yerli qida müəssisələrimiz, kiçik və orta sahibkalıq subyektlərimiz üçün əhəmiyyətini nəzərə alaraq 8 fevral 2020-ci il tarixində saat 10:00-da Landmark hoteldə “Qida təhlükəsizliyinin idarə edilməsi üzrə beynəlxalq standartların tətbiqinə dəstək: ISO 22000:2018” mövzusunda tədbir keçirəcək.

 

Tədbirdə  dövlət və özəl qurumların  rəhbər və əməkdaşlarının, iş adamlarının, mütəxəssislərin, təhsil və elmi ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı nəzərdə tutulub.

 

Tədbir zamanı ISO 22000 standartının təqdimatı keçiriləcək, həmçinin standartın hazırki versiyası ilə əvvəlki, 2005-ci il versiyası arasındakı fərqlər haqqında danışılacaq və dəyişikliklər barədə məlumat veriləcək.

 

Sonda ölkəmizdə qida təhlükəsizliyinin vəziyyəti barədə fikir mübadiləsi aparılacaq, hər bir tədbir iştirakçısına ISO 22000:2018 beynəlxalq standartının Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsi paylanılacaq. 

4 Fevral 2020 , 13:48   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin