Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Məhsullarımızın 83 faizi xarici bazarda satılıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Məhsullarımızın 83 faizi xarici bazarda satılıb"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Mingəçevir Tekstil” artıq bir brendə çevrilib. Fabriklərimizdə istehsal olunan ipliklərin Open End və Ring növlərinə dünyada böyük tələbat var. Qısa bir zamanda istehsal etdiyimiz yüksəkkeyfiyyətli pambıq ipliklərin xarici bazarlara ixracına başladıq. 2018-ci ildə istehsala başlayan müəssisəmiz elə həmin il 4 min tona yaxın - təqribən 16 milyon manatlıq keyfiyyətli məhsul istehsal etdi ki, bunun da 13 milyon manat dəyərində olan 3 min tonu, yəni təqribən 80 faizindən çoxu ixrac olundu.

 

Bunu Mingəçevir Sənaye Parkındakı “Mingəçevir Tekstil” MMC-nin direktoru Mehman Hüseynov “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.

 

Mehman Hüseynov bildirib ki, 2019-cu ildə ümumi satış 6 min tonu Open End və 6 min tonu Ring növündə olmaqla, 12 min ton təşkil edib. Bunun da 2 min tonu daxili, 10 min tonu - təqribən 83 faizi isə xarici bazarda satılıb. Beləliklə, daxili bazara satış 7 milyon manat, ixrac isə 39 milyon manat olmaqla, ümumilikdə, 2019-cu ildə 46 milyon manat təşkil edib. Məhsullar Rusiya, Türkiyə, Portuqaliya, Belçika, Ukrayna, Polşa və Pakistana ixrac olunub.

 

“Fabriklərin istifadəyə verilməsi ölkədə yüngül sənayenin, xüsusilə də tekstil sənayesinin inkişafına, yerli istehsal müəssisələrinin davamlı, keyfiyyətli və ucuz xammalla təmin olunmasına, eləcə də istehsal edilən pambığın hazır məhsula çevrilərək ixracına şərait yaradıb. Bu isə ölkəmizə əlavə xarici valyutanın daxil olması deməkdir. Həmçinin fabriklərimiz sənaye sahəsində idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması, milli tekstil brendlərinin yaradılması, ixtisaslı kadrların hazırlanması və yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Hazırda fabriklərimizdə üçnövbəli iş rejimində 700 nəfərdən çox işçi çalışır”, - deyə o bildirib.

04.02.2020 11:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ