Avtomobilllər ilə bağlı gömrük azadolması - YENİLƏNİB
Azərbaycana, minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən detallar, ehtiyat hissələri gömrük rüsumundan azad edilib.
Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 7 il müddətində qüvvədədir.
Digər avtomobillər üçün gətirilən detallar, ehtiyat hissələri üçün gömrük rüsumları qüvvədə saxlanılır.
Qeyd edək ki, minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı minik avtomobillərinin aşağıdakı bütün texnoloji əməliyyatların yerinə yetirilməsi ilə həyata keçirilən yığımı hesab olunur:
- kuzovun istehsal xəttinə yerləşdirilməsi;
- yan, ön və arxa şüşələrin, ön və arxa qapıların, şitin, ön və arxa buferlərin quraşdırılması;
- mühərrikin quraşdırılması və bərkidilməsi, mühərrikə
idarəetmə mexanizmlərinin birləşdirilməsi;
- radiatorların quraşdırılması və soyutma sistemlərinin qoşulması;
- amortizatorların bərkidilməsi, transmissiyanın qoşulması;
- ön, arxa asmaların və yarımoxların quraşdırılması;
- ön təkər topu ilə sükan-idarəetmə sisteminin birləşdirilməsi;
- təkərlərin quraşdırılması və ön təkər topu yastıqlarının sazlanması, yanma çarxının quraşdırılması;
- sükan-idarəetmə hidrosisteminin, əyləc sisteminin doldurulması və sazlanması;
- fənərlərin, ön və arxa siqnal fənərlərinin quraşdırılması;
- səsboğucunun və tullantı qaz boru seksiyalarının quraşdırılması;
- yanacaq bakının quraşdırılması və yanacaqötürmə sisteminin qoşulması;
- generatorun quraşdırılması və ötürücü kəmərin sazlanması;
- akkumulyatorun quraşdırılması və qoşulması, elektrik zəncirlərinin yoxlanılması;
- ön və arxa oturacaqların quraşdırılması;
- mühərrikin diaqnostikası və sazlanması;
- əyləc sisteminin effektivliyinin yoxlanılması;
- tez zədələnən yerlərin konservasiyası;
- yığılmadan sonra qüsurların aradan qaldırılması;
- avtomobil və lövhəciyə eyniləşdirmə nömrəsinin vurulması;
- avtomobilin sürülüb yoxlanılması.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
12 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
12 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 12 saat əvvəl
-
13 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 13 saat əvvəl
-
15 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 15 saat əvvəl
-
15 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
16 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir