Bakıda keçiriləcək turizm tədbirinə böyük maraq - 200 QEYDİYYAT TƏSDİQLƏNDİ
Aprelin 29-da Bakıda baş tutacaq “Travel Businness Azerbaijan 2020” tədbirində iştirak etmək üçün ilkin mərhələdə turizm və qonaqpərvərlik sahəsində fəaliyyət göstərən 200-dən çox yerli və xarici şirkətin qeydiyyatı artıq təsdiqlənib. Bu barədə Marjaya Dövlət Turizm Agentliyindən bildirilib.
Regionun ən böyük səyahət bazarı rolunu oynayacaq tədbirə qeydiyyat davam etməkdədir.
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ilk dəfə keçiriləcək turizm tədbirinə Yaxın Şərq və Avropa ölkələri, Rusiya, Qazaxıstan, Ukrayna, Hindistan, Pakistan, Yaponiya və Koreya kimi ölkələr daxil olmaqla dünyanın 50 ölkəsindən 1000-dən çox iştirakçının qatılacağı gözlənilir.
Bakı Konqres Mərkəzində keçiriləcək tədbir ölkənin turizm imkanlarının tanıdılması üçün mühüm platforma kimi çıxış edəcək.
Tədbirin keçirilməsində məqsəd turizm sahəsində fəaliyyət göstərən yerli şirkətlərlə xarici turizm şirkətləri arasında tərəfdaşlıq münasibətlərinin və əməkdaşlıq imkanlarının yaradılmasına şərait yaratmaq, qarşılıqlı münasibətlərin inkişafına təkan verməkdir.
Tədbirdə B2B (Biznesdən biznesə) görüşlər və seminarlar keçiriləcək, şirkətlərə öz xidmətlərinin təqdimatını keçirmək üçün imkan yaradılacaqdır.
Tədbir haqqında daha ətraflı məlumatı https://travelbusiness.az/ saytında əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
11 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
11 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 11 saat əvvəl
-
12 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 12 saat əvvəl
-
14 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 14 saat əvvəl
-
14 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
14 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir