Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

SOCAR və BP Özbəkistanda blokları üzrə PSA sazişi imzalaya bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR və BP Özbəkistanda blokları üzrə PSA sazişi imzalaya bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SOCAR (ARDNŞ) və Britaniyanın BP şirkətləri Özbəkistanda investisiya blokları üzrə pay bölgüsü haqqında saziş (PSA) imzalaya bilər.

 

Bu barədə Özbəkistan Energetika Nazirliyi məlumat verir.

 

Çərşənbə axşamı nazir Alişer Sultanov Böyük Britaniyanın Özbəkistandakı səfiri Timoti Axil ilə görüş keçirərək bu ölkənin şirkətləri və təşkilatlarının iştirakı ilə neft-qaz sahəsində investisiya layihələrinin reallaşdırlmasının gedişatını müzakirə edib.

 

“Hazırda özbək mütəxəssislər BP və SOCAR ilə birgə Aralamor, Samsk-Kosbulaq və Bayterek investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılması imkanlarını öyrənirlər. Fevralda həmin bloklar üzrə PSA sazişinin əsas şərtlərinin müzakirəsi məqsədilə SOCAR və BP-nin mütəxəssislərinin Özbəkistana səfəri planlaşdırılır”, - məlumatda deyilir.

 

Nazirlik xatırladır ki, 2018-ci ilin may ayında BP Exploration, SOCAR və “Uzbekneftqaz” arasında qarşılıqlı anlaşma memorandumu, 2019-cu ilin may ayında isə Üstyurd regionunda 3 investisiya blokunda kəşfiyyat potensialının qiymətləndirilməsi məqsədilə birgə tədqiqatlara dair saziş imzalanıb. “Ötən dövr ərzində Energetika Nazirliyi, BP, SOCAR və “Uzbekneftqaz”ın mütəxəssislərinin iştirakı ilə bir sıra işgüzar görüşlər keçirilib və bir sıra mərhələli razılıqlar əldə olunub”, - məlumatda qeyd edilir. 

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© İnterfaks -Azərbaycan

05.02.2020 10:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ