Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Şahdağ Turizm Mərkəzi” zərərdə - DAHA DA ARTIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Şahdağ Turizm Mərkəzi” zərərdə - DAHA DA ARTIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC 2018-ci ili 27 milyon 470 min manat zərərlə başa vurub.

 

Şirkətin maliyyə hesabatına görə, bu, 2017-ci ilə nisbətən 12,6% çoxdur.

 

2018-ci ildə “Şahdağ Turizm Mərkəzi”nin göstərdiyi xidmətlərdən gəlirləri 19 milyon 357 min manat (2017-ci illə müqayisədə 15,3% az), xidmətlərinin maya dəyəri 23 milyon 586 min manat (7,3% az), digər gəlirləri 374 min manat (46,2% az), kommersiya xərcləri 6 milyon 416 min manat (0,9% az), inzibati xərcləri 12 milyon 116 min  manat (8,7% az), sair əməliyyat xərcləri 144 min manat (3,9 dəfə çox), maliyyə xərcləri 160 min manat (36,75% çox), gəlir vergisi ödəmələri isə 4 milyon 779 milyon manat (84% çox) təşkil edib. 

 

2019-cu il yanvarın 1-nə “Şahdağ Turizm Mərkəzi”nin aktivləri503 milyon 708 min manat olub ki, bu da 2018-ci il yanvarın 1-nə nisbətən 5% azdır. Bunun 493 milyon 842 min manatı və yaxud 98%-i əmlak və adavanlıqlardır ki, bu da illik müqayisədə 5,3% azdır.

 

Hesabat dövründə şirkətin öhdəlikləri 93,1% artaraq 12 milyon 295 min manata çatıb, balans kapitalı isə 6,2% azalaraq 491 milyon 413 min manata düşüb.

 

Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546 milyon 776 min manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur. 

YATIRIM İNDİ DAHA RAHAT

 

© “Report”

05.02.2020 13:47

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ