İlkin korporativ qiymətli kağızlar bazarı sıfır səviyyəsində
2020-ci ilin yanvar ayında ötən ilin eyni ayı ilə müqayisədə dövlət qiymətli kağızları üzrə keçirilən əməliyyatların həcmi 6,5 dəfə azalıb.
Marja Bakı Fond Birjasına istinadən xəbər verir ki, 2020-ci ilin yanvar ayında dövlət qiymətli kağızları üzrə keçirilən əməliyyatların həcmi 217 milyon 200 min manat təşkil edib. 2019-cu ilin yanvar ayında dövlət qiymətli kağızları üzrə keçirilən əməliyyatların həcmi 1 milyard 425 milyon 15 min manat təşkil etmişdi.
Azalmanın əsas səbəbi Mərkəzi Bankın notları üzrə yerləşdirmənin azalmasıdır. Ötən ilin yanvarında Mərkəzi Bankın notları üzrə 1 milyard 341 milyon 761 min manat təşkil etmiş əməliyyat həcmi 2020-ci ilin Yanvar ayında 127 milyon 569 min manata düşüb.
2020-ci ilin yanvar ayında ötən ilin eyni ayı ilə müqayisədə korportaiv qiymətli kağızlar bazarı təxminən 8 dəfə artaraq 396 milyon 906 min manat təşkil edib. Ötən il bu bazar üzrə cəmi əməliyyat həcmi 50 milyon 144 min manat təşkil etmişdi. Böyük artımın səbəbi ipoteka istiqrazlarının təkrar bazarında əməliyyatın həcminin 10 dəfəyə yaxın artaraq 40 milyon 181 min manatdan 392 milyon 270 min manatadır.
Yanvar ayında korporativ qiymətli kağızlar üzrə ilkin bazarda əməliyyat qeydə alınmayıb. Bütün əməliyyatlar təkrar bazarda aparılıb.
Ümumiyyətlə, Yanvarda Azərbaycanının qiymətli kağızlar bazarındakı əməliyyatların həcminin 99%-i dövlət qiymətli kağızları və ipoteka istiqrazları ilə bağlı olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
10 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
10 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
10 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
11 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
11 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 11 saat əvvəl
-
12 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
12 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 12 saat əvvəl
- 12 saat əvvəl