Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycan “Stadler”dən daha çox qatar almaqda maraqlıdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan “Stadler”dən daha çox qatar almaqda maraqlıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da “Stadler Rail AG” şirkətinin Direktorlar Şurasının sədri Peter Şpuleri qəbul edib.

 

Görüşdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Stadler Rail AG” şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub, bu şirkətin istehsal etdiyi çox müasir, rahat və sürətli qatarların Azərbaycanda istifadəyə verilməsinin ölkəmizin dəmir yolu sistemində böyük dəyişikliklərə səbəb olduğu vurğulanıb.

 

Söhbət zamanı Azərbaycanda dəmir yolu ilə ölkə daxilində səfər edən sərnişinlərin sayının artmasına, yaxın gələcəkdə dəmir yolu vasitəsilə, xüsusilə bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə qonşu ölkələrə, həmçinin Avropa ölkələrinə səfərlərin həyata keçiriləcəyinə əminlik ifadə edilərək, Azərbaycanın “Stadler Rail AG” şirkətindən bundan sonra daha çox qatarın alınmasında maraqlı olduğu bildirilib.

 

Görüşdə həmçinin Azərbaycanın Davos Dünya İqtisadi Forumu ilə fəal əməkdaşlığına toxunulub, Prezident İlham Əliyevlə Davos Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzinin Azərbaycanda yaradılması haqqında niyyət protokolunun imzalanmasının önəmi qeyd edilib. Məhz Azərbaycanın regional mərkəz seçilməsi Forum tərəfindən ölkəmizdə həyata keçirilən inkişaf proseslərinə verilən qiymət kimi dəyərləndirilib. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı nəticəsində Davos Dünya İqtisadi Forumunun dəmir yollarının keyfiyyəti ilə bağlı reytinqində dəmir yolu xidmətlərinin səmərəliliyinə görə ölkəmizi dünyada 11-ci yerə layiq gördüyü vurğulanıb.

 

İsveçərinin "Stadler" şirkəti 75 ildir qatarlar istehsal edir.

 

06.02.2020 14:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ