Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın ən böyük neft sahəsindən hasilat azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ən böyük neft sahəsindən hasilat azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ildə Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarından hasilat 195 milyon bareldən artıq, yəni 26 milyon ton olub.

 

Bu barədə “Marja” ya BP Azərbaycan şirkətindən bildirilib.

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat 213 milyon barrel, yəni 29 milyon ton təşkil etmişdi. Beləliklə, ötən il Azərbaycanın ən böyük neft  sahəsində hasilat azalıb.

 

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.  

 

2019-cu il ərzində AÇG üzrə fəaliyyətlərə təxminən 567 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 476 milyon dollara yaxın əsaslı məsrəflər xərclənmişdir.

 

2019-cu ilin aprel ayında AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan Azəri Mərkəzi Şərqi (ACE) layihəsinə sanksiya verilib. 6 milyard dollar dəyərində olan bu işlənmə layihəsinə yeni dəniz platforması və qurğularının inşası daxildir. Platforma gündəlik 100 000 barelədək neft hasil etmək gücündə layihələndirilmişdir və istismar müddəti ərzində onun 300 milyon barelə qədər əlavə neft hasil edəcəyi gözlənilir. Layihə çərçivəsində ilk hasilatın 2023-cü ildə əldə ediləcəyi planlaşdırılır.

 

AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), Şevron (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

06.02.2020 10:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ