Nazir: "Pensiya artımı ciddi bahalaşma riski yaratmır"
"Bizim hesablamalarımız onu göstərir ki, ciddi inflyasiya üçün hər hansı bir təhlükə yoxdur".
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazir Sahil Babayev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, infilyasiya idarə oluna bilən şəkildədir: "Aidiyyati dövlət qurumları, o cümlədən Mərkəzi Bank tərəfindən sabit saxlanılması üçün müvafiq maliyyə alətlərindən istifadə edilməklə tədbirlər görülür. Ötən il pensiya və əməkhaqqı artan zamab inflyasiya bizim pronozlarımızdan da aşağı səviyyədə oldu. Buna görə də geniş sosial paketin həyata keçirilməsi vətəndaşlarımız üçün ciddi bahalaşma riski yaratmır".
S.Babayev qeyd edib ki, ötən il orta əməkhaqqı və orta pensiya 15faiz, sosial müavinətlər və təqaüdlər orta hesabla iki dəfə artıb: "Lakin inflyasiya 2,6 faiz olub. Bu onu göstərir ki, vətəndaşların gəlirləri inflyasiyadan altı dəfə çox artıb. İnfilyasiya təhlükəsi gözləmirik. Hökumət tərəfindən təsdiq edilmiş çərçivə var və bunun daxilində infilyasiyanı saxlanması üçün AMB və adiyyəti dövlət qurumları tərəfindən tədbirlər görüləcək. Mən inanıram ki, bu ildə infilyasiyanın qarşısı alınacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
2 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
-
4 saat əvvəl
2024-cü ilin 1-ci rübü üzrə elektrik enerjisi göstəriciləri açıqlanıb