Mobil manşet üstü reklam_21

“Nağdsız hesablaşmalar haqqında” qanunu tələsik qəbul etdik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Nağdsız hesablaşmalar haqqında” qanunu tələsik qəbul etdik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 


“Azərbaycanda qəbul edilmiş “Nağdsız hesablaşmalar haqqında” qanuna əsasən, ölkədə hesablaşmalar nağdsız qaydada aparılmalıdır”. 

Reklam_3_11

 


Bunu bu gün Milli Məclisin plenar iclasında “Banklar haqqında” qanuna dəyişikliklərə dair qanun layihəsinin müzakirəsi zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycan Həmkarlar Konfederasiyasının sədri Səttar Mehbalıyevin bankdan vəsaiti çıxarmağın mümkün olmaması ilə bağlı iradına cavab olaraq deyib. 

 

ONLAYN AVİABİLET AL – WWW.SAFAR.AZ


Sədr bildirib ki, qanunla vergi ödəyiciləri, bizneslə məşğul olan fiziki və hüquqi şəxslər əməliyyatları nağdsız qaydada aparmalıdır.

 

“Dövlət vəsaiti hesabına aparılmış satınlamalar da nağdsız olmalıdır. Ölkədə 5 milyon 400 min kart mövcuddur.  Bu kartların 55 mini debet, qalanı kredit kartıdır. Azərbaycanda kart sahiblərinin sayı 3 milyon 800 min nəfərdir. Bu, həmin şəxslərin banklarda əməliyyat imkanlarını təsdiq edir. Biz bundan sonra nağdsız qaydada hesablaşmalar aparmaq istəmiriksə, burda cavabdan çox, suallar yaranır. Tənzimləyici olaraq, bu proseslərin ağrısız keçirilməsini istəyirik. Texniki səbəblərdən müəyyən çətinliklər yaranır. Amma bizə bank sektorundan və sahibkarlardan ciddi sorğular gəlmir. Bu baxımdan qəbul edilmiş qanunlara yenilik gətirməyə ehtiyac yoxdur” - deyə, R. Aslanlı vurğulayıb. 

 

Milli Məclis sədri Oqtay Əsədov isə əlavə edib ki, “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklik zəruridir: “Qanunu tələsik qəbul etdik. Sizə müraciətlər daxil olmasa da, millət vəkillərinə çoxlu şikayət gəlir. İnsanları nağdsız hesablaşmalara yavaş-yavaş vərdiş etdirmək lazımdır”.

 

© APA

07.04.2017 15:48

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ