Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakı aeroportu ən intizamlı aviaşirkətlərin adlarını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı aeroportu ən intizamlı aviaşirkətlərin adlarını açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Heydər Əliyev Beynəlxalq Aeroportu 2020-ci ilin yanvar ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib edib.

 

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, 2020-ci ilin yanvar ayı ərzində Bakıdan yola düşərkən “China Southern” (Çin) və “Ural Hava Yolları” (Rusiya) 100% punktuallıq göstəriblər.

 

“Aeroflot”, “Etihad Airways” və “Turkish Airlines” aviaşirkətləri planlaşdırılmış uçuşların ən azı 90%-ni cədvələ uyğun yerinə yetiriblər. “Kuwait Airways” (88,9%), “UIA” (88,2%),  “Nordwind” (87,5%) və “Iraqi Airways” (85,7%) aviaşirkətləri həmçinin yüksək nəticələr göstəriblər.

 

Ümumilikdə isə, 2020-ci ilin yanvar ayı ərzində uçuşların 71%-i planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetiriblər.

 

Qeyd edək ki, ümumilikdə 2020-ci il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 60-dən çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirmiş 32 sərnişin aviaşirkətinə xidmət göstərib.

 

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

 

07.02.2020 06:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ