Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın dövlət şirkəti İnternetdə qızıl satmağa başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın dövlət şirkəti İnternetdə qızıl satmağa başladı

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən yerli xammaldan istehsal olunan sikkə və külçələrin onlayn qaydada sifarişinin həyata keçirilməsi məqsədilə azergold.gift saytı istifadəyə verilib.

 

Reklam_3_11

QSC-dən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, onlayn sifariş xidməti 999.9 əyarlı qızıl, gümüş sikkələri, eləcə də qızıl külçələri mağazaya getmədən istənilən vaxt sifariş vermək, qiymət və satış nöqtələri ilə bağlı məlumatlar əldə etmək imkanı yaradır.

 

“Alıcılara təklif edilən məhsullar “AzerGold” QSC-nin Azərbaycanın Daşkəsən rayonunda yerləşən Çovdar Filiz Emalı Sahəsində hasil etdiyi qiymətli metallardan, ən müasir texnologiyalardan istifadə edilməklə hazırlanır. Qızıl və gümüş sikkələr, eləcə də qızıl külçələr 5, 10, 20 qramlıq çəkilərdə, tariximizi, mədəniyyətimizi və incəsənətimizi təbliğ edən Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü rəsmləri və Qarabağ xalçasının naxışı “Çələbi” olmaqla üç müxtəlif dizaynda tərtib olunur. Premium-klass keyfiyyətli məhsullar ölçüyə uyğun müxtəlif qablaşdırmalarda beynəlxalq sertifikatla birgə alıcıya təqdim edilir. 

 

Qeyd edək ki, zövqə uyğun seçilən hər hansı qızıl və gümüş məmulatlarını dəst şəkildə də sifariş etmək mümkündür. Sifariş saytının istifadəyə verilməsi ilə qarşıdan gələn əlamətdar günlər və bayramlar ərəfəsində alıcılara uyğun seçim imkanı və xüsusi fürsətlər təqdim edilir. Qızıl və gümüş məhsulları “Əsl dəyəri hədiyyə et!”, şüarı ilə müştərilərə təklif olunur”,- məlumatda deyilir.

07.02.2020 10:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ