Mobil manşet üstü reklam_21

Yeni “Badamlı” zavodu tikilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni “Badamlı” zavodu tikilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Badamlı” suyuna artan tələbatı ödəmək üçün Şahbuz rayonunun Badamlı qəsəbəsində köhnə zavodun yerində müasir tələblərə cavab verəcək zavodun inşasına başlanılıb.

 

Reklam_3_11

Bu ilin avqust-sentyabr aylarında istifadəyə verilməsi nəzərdə tutulan zavod əvvəlkindən daha böyük və yüksək texniki imkanlara malik olacaq. Zavodun suyun mənbəyində qurulması məhsul istehsalının artmasına və onlarla qəsəbə sakini üçün yeni iş yerinin açılmasına zəmin yaradacaq.

 

Qeyd edək ki, 2009-cu ildən Naxçıvan şəhərində müasir “Badamlı” zavodu qurularaq istifadəyə verilib. Bu istehsal müəssisəsində müxtəlif həcmli plastik və şüşə butulkalarda olmaqla, 12 çeşiddə mineral su istehsal olunur. Burada Almaniya istehsalı olan müasir avadanlıqlarla təmin edilmiş xüsusi laboratoriya qurulub. Laboratoriyada suyun minerallıq dərəcəsi, qələviliyi yoxlanılır, ümumi analizləri aparılır, sonra keyfiyyətə zəmanət verilir. İstehsal prosesinin avtomatlaşdırıldığı müəssisədə standartlara uyğun, ekoloji cəhətdən təmiz, yüksəkkeyfiyyətli məhsul istehsalına nail olunub. Şahbuzda qurulan ikinci zavod isə istehsalın həcmini və çeşidini daha da artıracaq və muxtar respublikanın ixrac imkanlarını genişləndirəcək. Təsadüfi deyil ki, Naxçıvan bu gün ölkəmizin əsas mineral su ixracatçısı sayılır və “Badamlı” kimi “Sirab” mineral suyu da dünya bazarlarına çıxarılır.

 

Xatırladaq ki, ötən əsrin əvvəllərində aparılan tədqiqatlar nəticəsində aşkara çıxarılan bu sərvət 1947-ci ildən bəri istehsala cəlb edilərək süfrələri bəzəyir. Bu il “Badamlı” mineral suyunun istehsalından 70 il ötür. Yeni zavodun tikintisi bu mənada əlamətdar hadisədir.

07.04.2017 16:28

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ