Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycana toxumluq kartof fevraldan rüsumsuz idxal ediləcək - İZAH

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana toxumluq kartof fevraldan rüsumsuz idxal ediləcək - İZAH

Nazirlər Kabineti “Toxumluq kartofun idxal rüsumlarında dəyişiklik edilməsi haqda” Qərara dair izah verib.

 

Nazirlər Kabinetindən verilən məlumata görə, Qərar faraş kartof istehsalının artırılmasının dəstəklənməsi məqsədi ilə hazırlanıb.

 

Qərara əsasən toxumluq kartofun idxalının gömrük rüsumlarından azad edilməsi bir ay qabağa çəkilir.

 

Əvvəlki qərara əsasən kartof toxumunun idxalı mart, aprel, may aylarında gömrük rüsumundan azad edilmişdi. Dəyişiklikdən sonra isə bu fevral, mart, aprel aylarına şamil ediləcək. Kartof toxumu idxal olunduqda, onun daşınmasına, çeşidlənməsinə, əkinqabağı otaq və ya istixana şəraitində cücərdilməsinə və əkinin aparılmasına işçi qüvvəsindən və kartofun miqdarından asılı olaraq 20-25 gün vaxt tələb olunur. Nəticədə may ayında idxal olunmuş kartofun əkin müddəti iyun ayına təsadüf edir ki, bu ayda artıq dağlıq rayonlarda kartofun vegetasiya dövrü tam kollanma fazası ilə qönçələmə fazası arasında olur və beləliklə kartof toxumunun may ayında idxal olunmasının iqtisadi səmərəsi azalır.

 

Bu qərardan sonra:


- əvvəlki dövrdən fərqli olaraq rüsumsuz idxal olunan toxumdan alınan ilk məhsul mayda deyil, artıq apreldə yığılacaq;


- məhsuldarlığın artmasına və məhsul bolluğuna səbəb olacaq;


- Fermerlərin istehsal xərci azalacaq və faraş kartofun maya dəyəri aşağı düşəcək;


- Rüsumsuz toxum idxalı siyasətinin iqtisadi səmərəsi artmış olacaq”, - deyə izahda qeyd olunub.

07.02.2020 16:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ