Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Cərimə xofu sığorta şirkətlərinin gəlirini artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Cərimə xofu sığorta şirkətlərinin gəlirini artırıb

2019-cu ilin sonunda mənzilinin sığortası olmayanların cərimə ediləcəyi barədə xəbərdarlıq daşınmaz əmlakın icbari sığortası üzrə toplanmış sığorta haqlarının artmasına səbəb olub.

 

Reklam_3_11

“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, sığorta şirkətləri  2019-cu ildə  daşınmaz əmlakın icbari sığortası üzrə 43 milyon 426 min manat sığorta haqları toplayıblar və bu, 2018-ci illə müqayisədə 13 milyon 61 min manat çoxdur. Sığorta şirkətləri 2018-ci ildə daşınmaz əmlakın icbari sığortası üzrə 30 milyon 364 min manat sığorta haqları yığmışdılar. Artımda cərimə xofu də rol oynayıb.

 

2019-cu ilin Noyabr ayından etibarən ölkədə daşınmaz əmlakın icbari sığortasını əldə etməyənlərin cərimələnəcəyi gündəmə gətirilmiş, bu barədə binaların girişlərinə xəbərdarlıqlar vurulmuş, evlərə bildirişlər paylanmışdı. Bu xəbərdarlıqdan narahat olan əmlak sahibləri evlərini sığorta etdirməyə başlamışdılar. 2020-ci ilin Yanvar ayında daha çox vətəndaş daşınmaz əmlakın icbari sığortasını alıb.

 

Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta ödənişləri aşağıdır. 2018-ci ildə 4 milyon 25 min manat təşkil etmiş sığorta ödənişləri 2019-cu ildə 5 milyon 415 min manata yüksəlib.

08.02.2020 06:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ