Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Azərbaycanda kredit faizi ilə depozit faizi arasındakı fərq yüksəkdir”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycanda kredit faizi ilə depozit faizi arasındakı fərq yüksəkdir”

“Əgər Azərbaycanda kredit qoyuluşu ÜDM-in cəmi 20 faizini təşkil edirsə, dünya üzrə orta göstərici 130 faiz, Avropa və Mərkəzi Asiya üzrə 91 faiz və Azərbaycanın da daxil olduğu yuxarı orta gəlirli ölkələrdə 123 faizdir. Nəzərə alsaq ki, kredit qoyuluşlarından əlavə xaricdə həm də qiymətli kağızlar bazarından da sərmayə cəlb olunur, onda tam mənzərəni təsəvvür edə bilərik. Deməli, cənab Prezidentin vurğuladığı kimi Azərbaycanda kredit portfelinin böyüməsi və maliyyə dərinliyinin artması üçün geniş imkanlar var”.

 

Reklam_3_11

“Marja” xəbər veri ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

 

Mərkəzin  icraçı direktoru sözlərinə belə davam edib: “Dünya Bankının məlumatına əsasən, Azərbaycanda spred (kredit faizi ilə depozit faizi arasındakı fərq) göstəricisi 2018-ci ildə 7,17 faiz olmuşdur, bu gün isə spred 4,65 faizdir, amma yenə də region ölkələri ilə müqayisədə yüksəkdir.  Örnək olaraq, 2018-ci ildən spredin Belarusda 2.78 faiz, Gürcüstanda 2,29 faiz, Rusiyada 3,5 faiz və Moldovada 4,36 faiz olduğunu qeyd edə bilərik.

 

Azərbaycanda kredit faizlərinin aşağı salınması və daha sağlam kredit ekosisteminin qurulması məqsədilə qabaqcıl beynəlxalq təcrübədə tətbiq edilən üç vacib mexanizmdən istifadə olunmuşdur. Daşınar əmlakın yüklülüyünün dövlət reyestri  yaradılmışdır ki, bu reyestr də daşınmaz əmlakı olmayan sahibkarların da dövriyyə vəsaitlərini girov qismində təqdim edərək kredit almasına imkan yaradır. Digər tərəfdən kredit zəmanəti mexanizminin yaradılması da riskləri azaldan və dünyada uğurla sınaqdan çıxmış mexanizmlərdir. Digər mexanizm isə kredit bürolarının yaradılmasıdır ki, müvafiq qurumun yaradılması ümumilikdə ölkədə kredit məlumatlarının mübadiləsi sisteminin inkişafına, şəffaf hesabatlılıq sisteminin qurulmasına və banklarda elektron xidmətlərin tətbiqinə imkan verir. Sadalanan hər üç mexanizmin funksionallığının daha da artırılması zəruridir. Məhkəmə-hüquq islahatları, o cümlədən məhkəmə qərarlarının icrası sahəsində görülən işlər də bankların risk antipatiyasını aşağı salır və bu da kreditin “maya dəyəri”nə azaldıcı təsir göstərir”.

 

Vüsal Qasımlı qeyd edib ki, ölkə bankların depozit bazasından asılılığı yüksək səviyyədədir:

 

“Bu asılılığın azaldılması və diversifikasiya kanallarının genişləndirilməsi istiqamətində tədbirlərin görülməsi zəruridir. Bankların cəlb etdikləri hər 100 manatın 70 manatdan çoxu depozitlərin payına düşmüşdür. Halbuki, 2016-cı ildə bu göstərici hər 100 manat üçün 57 manat civarında olmuşdur. Göründüyü kimi son 3 il ərzində depozitlərin bank resurslarında xüsusi çəkisi artmışdır. Bu vəziyyət bankların bir mənbədən – depozitlərdən yüksək asılılığını göstərir. Üstəlik 25 milyard manatlıq cəmi depozitlərin 55 faizi tələb olunanadəkdir. Hansı ki, bankların manatla verdiyi kreditlərin 83 faizi, xarici valyuta ilə verdiyi kreditlərin 76 faizi uzunmüddətlidir. Qısa pul cəlb edib, uzun pulları satanda müddət uyğunsuzluğu yaranır. İqtisadi artım tempi yüksəldikcə və bankalara inam artdıqca müddətli depozitlərin xüsusi çəkisi də çoxalacaq ki, bu da depozit və kredit müddətləri arasındakı fərqi azaldacaq.

 

Buna görə də bankların alternativ mənbələrdən – o cümlədən, xarici bazarlardan və Mərkəzi Bankın yenidənmaliyyələşmə resurslarından istifadəsinin genişlənməsi arzuolunandır. Müqayisə üçün deyək ki, Mərkəzi Bankın uçot dərəcəsi 7,25 faiz olduğu halda bankların əhalidən cəlb etdiyi əmanətlərin orta faiz dərəcəsi 9,3 faiz olmuşdur. Hazırda Mərkəzi Bankın yenidənmaliyyələşdirmə resurslarının ölkə üzrə kredit portfelində xüsusi çəkisi 5 faizdən azdır. Mərkəzi Bankın yenidənmaliyyələşdirmə resurslarına daha çox likvidlik çətinliyi yaşayan bankların ehtiyacı var. Likvidlik çatışmazlığı yaşayan banklarımızın xarici bazarlardan müəyyən zəmanət müqabilində aşağı faizlə (LİBOR 1,8 faiz, TİBOR 0,1 faiz, Euribor -0,4 faiz və s. nəzərə alınmaqla) vəsait cəlb etməsi də mümkündür”.

 

Vüsal Qasımlı vurğulayıb ki, kreditin “maya dəyəri”nə oturan digər maddə - əməliyyat xərcləridir: “Əməliyyat xərcləri dedikdə isə, işçilərin və filialların saxlanılması xərcləri, kredit qərarının verilməsi ilə bağlı xərclər (yaşayış, iş yerinə baxışın keçirilməsi, sənədləşmələr və s.) və s. nəzərdə tutulur. Banklarda maliyyə texnologiyaları və institutsional islahatlar tətbiq edilməklə əməliyyat xərcləri azaldıla bilər. Digər tərəfdən ölkənin informasiya təhlükəsizliyi maraqları nəzərə alınmaqla, beynəlxalq miqyasda tanınmış kredit bürolarının imkanlarından istifadə də nəzərdən keçirilə bilər.

 

Bir sözlə, bu gün bank sektorunda likvidlik izafi də olsa, qeyri-bərabər paylanıb və bahalıdır. Bank tənzimlənməsi daha çox bazar mexanizmini, rəqabət mühitini və beynəlxalq maliyyə bazarları ilə daha dərindən inteqrasiyasını əsas götürərək həyata keçirilməlidir.

 

Bir məsələni də qeyd etmək lazımdır ki, əgər kommersiya bankları Mərkəzi Bankın resurslarına 6 faizlə yatırım edirlərsə, deməli, biznesə də indikindən daha ucuz kredit verə bilərlər. Bunun üçün real sektorun da daha inandırıcı və əsaslandırılmış biznes-planları banklara təqdim etməsi vacibdir”.

09.02.2020 06:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ