Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Kreditlər daha çox xarici istehsalçıları maliyyələşdirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kreditlər daha çox xarici istehsalçıları maliyyələşdirir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Ötən il real sektora yönəldilən kreditlərin sahələr üzrə xüsusi çəkisində ev təsərrüfatları və ticarət və ictimai iaşə önə çıxıb. Bu iki sahəyə ayrılan kredit həcmi ümümi kredit portfelinin 60 faizini təşkil edir. Xüsusən ev təsərrüfatlarına ayrılan kreditlər ilk dəfə olaraq portfelin yarısına yaxınlaşır”.

 

“Marja” xəbər veri ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

 

Vüsal Qasımlının sözlərinə görə,nəzərə alanda ki, 2019-cu ildə əhalinin nominal gəlirləri də 7,4 faiz artıb, onda tələbin sürətlə artmasının şahidi olarıq: “Tələbin sürətlə artması fonunda qeyri-neft iqtisadiyyatı da uyğun artım tempi göstərməlidir ki, idxal sürətlənməsin və ya biz xarici istehsalçıları daha çox maliyyələşdirməyək. Kredit portfelini müxtəlif meyarlar üzrə təhlil etdikdə ən geniş yayılan kreditvermə hallarının Bakıda uzunmüddətli, manatla, ev təsərrüfatları, ticarət, iaşə, nəqliyyat və rabitə xidmətləri sektorunda olduğunu görürük. Kreditlərin manatla və uzunmüddətli verilməsi müsbət tendensiyadır. Amma kreditlərin Bakı ilə bərabər həm də rayonlara və digər real sektora yönəldilməsi istiqamətində daha çox işləməliyik”.

09.02.2020 06:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ