Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Yığımın qiymətli kağızlar bazarı üzərindən real sektora cəlb edilməsi imkanlarımız çox böyükdür”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Yığımın qiymətli kağızlar bazarı üzərindən real sektora cəlb edilməsi imkanlarımız çox böyükdür”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı da biznesin maliyyələşdirilməsini gücləndirə bilər. Bu istiqamətdə hansı işlər görülməlidir?

 

Reklam_3_11

“Marja” xəbər veri ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib:

 

“Keçən il Bakı Fond Birjasının illik ticarət dövriyyəsi üzrə ümumi əqdlərin dəyəri 14 milyard və ya ÜDM-in 17 faizi həcmində olub. Qiymətli kağızlar bazarının həcminin ÜDM-ə nisbətini bəzən məşhur milyarder Uorren Bafetin şərəfinə Bafet indikatoru da adlandırırlar. Azərbaycanda Bafet indikatorunun 50 faizdən az olması onu göstərir ki, bizim qiymətli kağızlar bazarını inkişaf etdirmək üçün geniş imkanlarımız var. Hərçənd ki, Azərbaycanda maliyyə bazarında ABŞ-da fərqli olaraq Avropada olduğu kimi aparıcı institutlar banklardı. Hazırda bizim qiymətli kağızlar bazarının 80 faizdən çoxu dövlət qiymətli kağızlarıdı.  Azərbaycanda yığım səviyyəsi çox yüksəkdir. Dünya Bankının hesablamalarına görə 2018-ci ildə Azərbaycanda yığımın ÜDM-ə nisbəti 33 faiz olmaqla, dünyanın orta göstəricisini (25 faiz), habelə, Avropa və Mərkəzi Asiya ölkələrini (24 faiz) və bütün postsovet dövlətlərini geridə qoymuşdur. Yığımın qiymətli kağızlar bazarı üzərindən iqtisadiyyatın real sektoruna cəlb edilməsi imkanlarımız çox böyükdür. Bunun üçün Azərbaycanda investisiya şirkətləri, investisiya fondları, əsas fəaliyyətini qiymətli kağızlara investisiyalar təşkil edən şəxslər, kredit təşkilatları, sığortaçılar, pensiya fondları, dilerlər və beynəlxalq maliyyə təşkilatlarının qiymətli kağızlar bazarında aktivliyinin daha da artırılması zərurəti var. Qiymətli kağızlar bazarı təkcə milli səviyyədə yığımı real sektora yönəltməyəcək, həm də xarici bazarlardan da sərmayə cəlb edə bilər. 

 

İnnovativ maliyyə mexanizmləri inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə əlverişli resurs axınını təmin edir, yeni maliyyə mənbələrini və ya yeni tərəfdaşları cəlb etməklə əlavə inkişaf fondları yaradır, ölkəyə səmərəli maliyyə axınlarının artırır və eyni zamanda, həmin maliyyə axınlarının subsidiyalar və ya güzəştlər formasında istifadəsi ilə nəticə əsaslı qiymətləndirmənin aparılmasını təmin edir. Davamlı İnkişaf Məqsədlərinə (SDG) əsasən ən çox investisiya tələb olunan enerji, iqlim dəyişkənliyi, nəqliyyat, ekosistemin biomüxtəlifliyi, təhsil, səhiyyə və bu kimi sahələrin maliyyələşdirilməsi istiqamətində innovativ maliyyə mexanizmləri böyük tövhə verir. İnnovativ maliyyələşdirmə özündə bir çox mexanizmləri əks etdirir. Bura maliyyə məhsulları, riskin azaldılması mexanizmləri, nəticə əsaslı maliyyləşdirmə və texnoloji həllər daxildir. Maliyyə məhsulları isə öz növbəsində istiqrazlar və bank notları, kreditlər, mikromaliyyələşdirmə, KOB-ların maliyyələşdirilməsi, vençur kapitalı və özəl kapital fondları kimi alətlərdən ibarət olmaqla kapital bazarında vəsaitin cəlb edilməsini və ya artırılmasını təmin edir. Riskin azaldılmasını təmin edən mexanizmlərə isə subsidiyalar, zəmanətlər, sığorta və opsionlar daxildir. Nəticə əsaslı qiymətləndirilən ödənişlərə iqtsadi/sosial təsir imkanları olan istiqrazlar aid edilir. Son olaraq texnoloji yeniliklərə dayanan maliyyə mexanizmləri blokçeyn, rəqəmsal texnologiya və kroudfanding alətlərini özündə birləşdirir”.

 

Vüsal Qasımlı ,”Azərbaycanda aktivə əsaslanan maliyyə sisteminin inkişafı perspektivləri barədə nə düşünürsünüz?” sualına belə cavab verib:

 

“Aktivə əsaslanan maliyyə faiz əsaslı ənənəvi maliyyə sistemindən fərqli olaraq yalnız aktivlərə əsaslanır, yalnız real istehsala və real aktivlərə sərmayə qoymağa icazə verir, spekulasiya əməliyyatlarının aparılmasını isə qadağan edir. Aktivə əsaslanan maliyyə alətlərinin xüsusiyyətləri məhz maliyyə təşkilatlarının öhdəlik strukturunda təzyiqin azalmasına və eyni zamanda kapitallaşma səviyyəsinin artırılmasına xidmət edir. Azərbaycan Türkiyə təcrübəsindən istifadə edərək aktivə əsaslanan maliyyə sisteminin inkişafını nəzərdən keçirə bilər. Aktivə əsaslanan maliyyə alətlərinin müvəffəqiyyətli tətbiqi həm real sektorda, həm də maliyyə-bank sektorunda şəffaflıq və hesabatlılıq prinsiplərini təşviq edə bilər. Ümumiyyətlə, aktivə əsaslanan maliyyə institutları, real sektorda maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi, həmçinin kiçik və orta sahibkarlığın maliyyə əldə etmək imkanı üçün yaxşı platforma hesab olunur və bununla da iqtisadi inkişafa dəstək  olur. Nəticədə, bir sıra Müsəlman ölkələrində aktivə əsaslanan bankçılıq aktivlərinin ənənəvi bank aktivlərindən daha sürətli inkişafı nümayiş olunmuşdur. Bununla yanaşı, müsəlman olmayan ölkələr aktivə əsaslanan maliyyəyə maraq göstərmiş və hazırda Böyük Britaniya, Lüksemburq və Honq Konq kimi ölkələrdə aktivə əsaslanan maliyyə alətlərinin geniş tətbiqi müşahidə olunur.  

 

Bundan əlavə, Azərbaycanda aktivə əsaslanan maliyyənin inkişafı xarici investisiyaların (xüsusən də Körfəz ölkələrindən) cəlbi üçün əlavə təkan ola bilər. Bunun üçün Azərbaycanda effektiv və uyğun tənzimləyici çərçivənin mövcud olması lazımdır.

 

Hazırda dünyada aktivə əsaslanan maliyyə bazarının illik dövriyyəsi 1,67 trilyon ABŞ dollarını keçmiş və illik artım dinamikası 15-18 faiz təşkil edir. ABŞ və Avropa ölkələri uzun müddətdir ki, bu sistemin geniş tətbiqini həyata keçirirlər. Belə ki, ABŞ-da 9, Böyük Britaniyada 22, Avstraliyada 4, Almaniya, Lüksemburq və Rusiyada 1 bank aktivə əsaslanan maliyyə qanunlarına əsasən fəaliyyət göstərir. Həmçinin dünyanın nəhəng bankları hesab edilən HSBC, Citi Bank, Lloyds TSD (U.K.), Deutsche Bank, UBS, Royal Bank of Scotland banklarında aktivə əsaslanan pəncərə (Islamic window) çərçivəsində müştərilərə xidmət strukturu yaradılmışdır. Qonşu ölkələrdə də aktivə əsaslanan maliyyə prinsiplərinin tətbiqinə start verilmişdir. Belə ki, Dubay şəhərində təsis edilmiş xüsusi zonaya uyğun olaraq Qazaxıstanın paytaxtında “Astana Beynəlxalq Maliyyə Mərkəzi” yaradılmış və bu xüsusi zona daxilində aktivə əsaslanan maliyyənin inkişaf etdirilməsi nəzərdə tutulur. Bundan əlavə, Rusiya hökuməti Tatarıstan Respublikası ilə birlikdə Kazan şəhərində bu növ xüsusi zonanın yaradılması istiqamətində işləri davam etdirir.

 

Son 30 il ərzində aktivə əsaslanan maliyyə alətlərinin çeşidliliyi əhəmiyyətli dərəcədə artmış və hazırda aktivə əsaslanan maliyyə sistemi təkmil investisiya bankçılığı, qiymətli kağızlar bazarı, sığorta və qeyri-bank maliyyə təşkilatlarından ibarətdir. Bu artım aktivə əsaslanan maliyyənin ümumi eko-sisteminin inkişafı və lazımi tənzimləyici və nəzarət çərçivəsinin yaradılması ilə müşayiət olunmuşdur. Belə ki, aktivə əsaslanan Maliyyə İnstitutlarının Mühasibat və Audit Təşkilatı (IMQMAT) və aktivə əsaslanan Maliyyə Xidmətləri İdarəsi (IMXI) mühasibat uçotu, tənzimləmə və nəzarət standartlarının müəyyən edilməsi və davamlı inkişaf etdirilməsi ilə vəzifələndirilmişdir. Bundan əlavə, Beynəlxalq aktivə əsaslanan Reytinq Agentliyi (BİRA) və Likvidliyi İdarəedən Mərkəz (LİM) fəaliyyət göstərir ki, aktivə əsaslanan maliyyənin hərtərəfli inkişafı təmin edilsin.

 

Aktivə əsaslanan maliyyəni dəstəkləyən tənzimləyici hüquqi çərçivənin qurulması Azərbaycanın iqtisadiyyatı üçün Körfəz və Asiya ölkələrinin coğrafi diversifikasiyaya nail olmaq istəyən investorlarının cəlb edilməsində yeni imkanlar yarada bilər”.

09.02.2020 07:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ