Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Nazir: "Azərbaycan Beynəlxalq Bankı"nın bazar dəyəri artır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir: "Azərbaycan Beynəlxalq Bankı"nın bazar dəyəri artır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Beynəlxalq Bankı" ASC-də (ABB) sağlamlaşdırma tədbirləri artıq başa çatıb". 

 

Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib. 

 

"Bank kifayət qədər yaxşı maliyyə göstəricilərinə malikdir, ötən il yaxşı mənfəət əldə edib, bunun bir hissəsini vergi kimi ödəyib, eləcə də səhmdarları və dövlət büdcəsi qarşısında öhdəliklərini yerinə yetirib. Xüsusilə fiziki şəxs səhmdarlarına dividend ödənilməsi qeyd olunmalıdır. Əvvəllər ABB-nin səhmləri xeyli ucuzlaşmışdı, artıq bahalaşmaqdadır, bir sözlə bankın bazar dəyəri artır", - deyə o, qeyd edib. 

 

 

"BYİB-dəki kapital artımına elə də çox xərcimiz çıxmayacaq"


Həmçinin Samir Şərifov deyib ki, “Azərbaycan Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) kapital artımında iştirak etməyə elə də çox xərc çəkməyəcək". 


"Bankın Müşahidə Şurası vaxtaşırı kapital artımı ilə bağlı qərar qəbul edir. Sonuncu bu cür qərar ötən il qəbul edilib. Qərara əsasən, üzv ölkələr yeni səhmlərə abunə yazılmalıdır. Hansısa ölkə bunu etmirsə onun payı digər iştirakçılar arasında bölünür. Azərbaycanın BYİB-dəki səsvermə hüququnun indiki səviyyədə saxlanılması üçün ölkə prezidenti tərəfindən müvafiq qərarlar qəbul edilib, mənə və ədliyyə nazirinə səlahiyyətlər verilib. Bu kapital artımına elə də çox xərcimiz çıxmayacaq. İlk növbədə bu vəsait uzun illər ərzində ödənilir. Yəni, beynəlxalq maliyyə qurumunda yeni səhmlərə abunə yazılışı iki üsulla həyata keçirilir. Bu üsullardan biri odur ki, vəsaitin təxminən 10%-i ödənilir, digər hissəsi üzrə isə veksillər əldə olunur, yəni pul nağd şəkildə ödənilmir və lazım gəldikdə bankın digər üzvləri həmin vəsaiti təmin edə bilər. Odur ki, üzərimizə böyük maliyyə yükü düşmür", - nazir qeyd edib. 

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© Report

09.02.2020 09:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ