Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"5,6% çox yaxşı göstəricidir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"5,6% çox yaxşı göstəricidir"

“Yeni strategiya qəbul olunandan sonra bizim borcumuzun ÜDM-ə nisbətdə 5 faiz bəndi azalıb ki, bu da yaxşı göstəricidir. Amma bununla kifayətlənmirik,  əsas işimiz ondan ibarətdir ki, xarici dövlət borcumuz üzrə ödənişləri daha artıq ödəyərək daha az borc alaq. Nəticədə büdcədə daha böyük saldo əmələ gəlir ki, bu da borcun azalmasına xidmət edəcək“, .

 

Reklam_3_11

Bunu Maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, həmin yanaşma ilə bizim işlərimiz daxili dövlət borclarımızın artırılmasını nəzərdə tutur: "Bu da onunla bağlıdır ki, hökumət və ümumiyyətlə iqtisadi orqanlar- Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi bu prosesdə maraqlıdır ki, maliyyə bazarlarında daxili dövlət borcu yəni istiqrazların həcmi artsın".

 

Nazir vurğulayıb ki, bildiyiniz kimi, 2020-ci ildən başlayaraq Maliyyə Nazirliyi tərəfindən 5 illik manatla istiqrazlar yerləşdirilib, bu da çox yaxşı bir göstəricidir: "Biz görürük ki, bu alətlərə bazar iştirakçılarının marağı artır, bu yaxınlarda biz iki illik borc kağızlarımızı bazarda yerləşdirmişik. Bu da uğurlu olub, bu kağızlara daha çox tələbat olub. Nəticə etibarı ilə biz auksionu kifayyət qədər aşağı 5,6%-lə yekunlaşdırdıq ki, bu da çox yaxşı göstəricidir. Yəni artıq faiz dərəcələri enir, bu da çox müsbət haldır".

 

S. Şərifov qeyd etdi ki, bazarda tələbin müəyyən hissəsi mərhələlərlə ödəniləcək: "Ümumi dövlət borcunun azalması çərçivəsində, əsasən xarici dövlət borcu azaldılacaq, sonra bir qədər daxili borc azaldılacaq. Yəni Azərbaycan borclanır, amma biz aldığımızdan daha çox ödəyirik və bunun nəticəsində dövlət borcumuz azalıb".

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© Report

09.02.2020 11:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ