Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Sığorta şirkətləri problemləri özləri həll etməlidir, dövlətin üzərinə qoymamalıdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Sığorta şirkətləri problemləri özləri həll etməlidir, dövlətin üzərinə qoymamalıdır"
Azərbaycanın sığorta bazarında vəziyyət ümumilikdə sabitdir, lakin bəzi nöqtəvi problemlər ola bilər. Azərbaycan Mərkəzi Bankın sədri Elman Rüstəmov belə hesab edir.
 
 
“Hələlik sığorta sektorunda qiymətləndirmə aparmamışıq, lakin yaxın zamanda bunu etməyi planlaşdırırıq. Bütövlükdə, sığorta sektorunda sabitlik müşahidə olunur, amma nöqtəvi (ayrı-ayrı şirkətlərdə - red) problemlərin olması mümkündür”, - Rüstəmov bazar günü jurnalistlərə bildirib.
 
 
AMB-nin sədri qeyd edib ki, 2020-ci ildə əsas hədəf sığorta bazarının canlandırılmasıdır.
 
 
“2020-ci ildə sığorta bazarının canlandırılmasına çalışacağıq. Sığorta sektorunun həm biznes, həm əhalinin risklərini əhatə etməsi üçün işləyəcəyik. Bu, bazarın inkişafı və risklərin azalmasına səbəb olacaq. Hökumət tərəfindən qarşıya qoyulan əsas şərt ondan ibarətdir ki, sığorta şirkətləri problemləri müstəqil olaraq həll etsinlər, dövlətin üzərinə qoymasınlar”, - Rüstəmov əlavə edib.
 
 
 
 
© "İnterfaks-Azərbaycan"
10.02.2020 06:44

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ