Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

ABŞ-da aktiv neft-qaz quyularının sayı daha 15 ədəd artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da aktiv neft-qaz quyularının sayı daha 15 ədəd artıb

 

ONLAYN AVİABİLET AL – WWW.SAFAR.AZ

 

ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı aprelin 1-dən aprelin 7-dək 15 ədəd və ya 1,82% artaraq 839-a çatıb.

 

"Baker Hughes" şirkətinin məlumatına görə, hesabat həftəsində aktiv neft quyularının sayı 10 ədəd və yaxud 1,51% artaraq 672 ədəd, qaz quyularının sayı 5 ədəd və yaxud 3,13% artaraq 165 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 2-yə bərabər olub. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 318 və yaxud 89,83%, qaz quyularının sayı isə 76 ədəd yaxud 85,39%, ümumilikdə isə neft-qaz quyularının sayı 396 ədəd və yaxud 89,39% artıb.

 

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən ilin mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 2,13 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 58,23% aşağıdır.

 

"Baker Hughes"ə görə, ABŞ-da gündəlik neft hasilatı son 13 ayın maksimal həddinə çatıb və 9,199 mln. barel təşkil edib.

 

Yaxın 3-6 ay ərzində neftin qiymətinin 50-65 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir. Belə olduğu halda, ABŞ-da aktiv neft quyularının sayında da artım davam edəcək. Bu isə öz növbəsində hasilatın artmasına gətirib çıxaracaq.

 

© Report

08.04.2017 08:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ