Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ADA tələbələri PAŞA Bankın İdarə Heyətinin sədri ilə görüşdülər

iç səhifə xəbər başlığı altı (mobil)_31
ADA tələbələri PAŞA Bankın İdarə Heyətinin sədri ilə görüşdülər

(®) PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazimov "ADA Universiteti"nin  tələbələri ilə görüşüb.

 

Reklam_3_11

Səhər yeməyi formatında keçirilən qeyri-rəsmi görüşdə Universitetin tələbələri, Azərbaycanın ən iri korporativ bankının rəhbəri ilə əmək bazarındakı mövcud tendensiyalar, peşə karyerasının inkişafının yeni aspektləri ilə bağlı onları maraqlandıran suallar və məzun olduqdan sonra həyata keçirməyi planlaşdırdıqları fikirləri bölüşüblər.

 

Görüş iştirakçıları qlobal iqtisadiyyatın rəqəmsal formata tədricən keçməsi və yeni şəraitdə biznesin inkişafı kimi mövzuların müzakirəsinə xüsusi diqqət yetiriblər.

 

T.Kazimov tələbələrlə ünsiyyətində qeyd edib ki, artıq rəqəmsal texnologiyaların sürətli inkişafı gənc mütəxəssislər üçün, professional inkişafları üçün bu günə qədər təsəvvür edilməyən yeni imkanlar açır.

 

"Hər hansı bir təşkilatın əsas strateji mənbəyi onun kadrlarıdır və hər yeni onillik bu aksiomu təsdiqləyir. Lakin, hazırda əmək bazarının tələbatlarına cavab vermək üçün yalnız hər hansı bir sahə üzrə biliyə sahib olmaq artıq kifayət deyil. İndiki dövrdə həm şəxsi, həm də peşəkar cəhətdən öz üzərimizdə daha çox çalışmalıyıq, və peşəkar həyatımızın adət etdiyimiz quruluşu tədricən bu müstəviyə yönəlir. Rəqəmsal seqmentdə ölkənin ən yaxşı işə götürənlərindən biri hesab olunan PAŞA Bank, gənc kadrların hazırlanması və onların peşəkar bacarıqlarının inkişafı üçün çox səy göstərir. Biz əminik ki, məhz sizin kimi gənc mütəxəssislər müasir Azərbaycanın gələcək uğurlu inkişafı üçün hərəkətverici qüvvə olacaqdır", - deyə PAŞA Bankın sədri vurğulayıb.

 

Qeyd edək ki, iki saatdan çox davam edən görüşdə hazırda iqtisadiyyat, biznes menecmenti və s. sahələrdə təhsil alan "ADA Universiteti"nin 3-cü və 4-cü kurs tələbələri iştirak edib.

10.02.2020 10:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ