Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

S&P Fransa və Səudiyyə Ərəbistanının kredit reytinqlərini təsdiq edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
S&P Fransa və Səudiyyə Ərəbistanının kredit reytinqlərini təsdiq edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq kredit reytinqi agentliyi Standard & Poor's (S&P), Fransa və Səudiyyə Ərəbistanına dair kredit reytinqi və proqnozlarını açıqlayıb.


 
"Marja" xəbər verir ki, S&P-dən edilən yazılı açıqlamada, Fransanın kredit reytinqinin "AA" səviyyəsində qorunduğu, mənzərənin "sabit" olduğu bildirilib.
 
 
Keçən il 1,2 faiz böyüyən Fransa iqtisadiyyatının bu il 1,4 faiz böyüməsinin nəzərdə tutulduğu qeyd edilərək, ölkədə investisiyaların sağlam şəkildə davam etməsinin gözlənildiyi vurğulanıb.


 
Fransanın ixracının bu il artacağı bildirilərək, sosial müdafiə sahəsində büdcə kəsirində azalmanın cəsarətverici olduğuna işarə edilib.


 
 Səudiyyə Ərəbistanı


 
S&P, Səudiyyə Ərəbistanının kredit reytinqinin "A-" səviyyəsində qorunduğunu,proqnozunun da "sabit" olduğunu bildirib.


 
Səudiyyə Ərəbistanına dair açıqlamada, ölkənin güclü maliyyə mövqeyinə işarə edilərək, bunun mühüm dövlət kəsiri olması vəziyyətində belə qorunmasının gözlənildiyi bildirilib.


 
Digər tərəfdən, bəyanatda zəif iqtisadi artım, dövlət sektorundakı məhdud şəffaflıq və pulla bağlı siyasətlərdə çevikliyin azlığı səbəbindən ölkənin kredit reytinqinin təzyiq altında olduğu qeyd edilib.


 
Səudiyyə Ərəbistanının neft hasilatının hazırkı səviyyə olan gündəlik orta hesabla 10 milyon barrel səviyyəsində qalacağının təxmin edildiyi vurğulanaraq, ötən il 1,4 faiz böyüyən iqtisadiyyatının bu il 0,5 faiz artmasının nəzərdə tutulduğu bildirilib.

08.04.2017 08:29

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ