Bakıda şirkətin balıq satışına qadağa qoyuldu
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) monitorinqlər zamanı bəzi satış müəssisələrində Vyetnam mənşəli panqasius balığının etiket məlumatlarında əksini tapan məlumatların həqiqəti əks etdirmədiyi müəyyən edilib. Bununla bağlı olaraq Agentlik əməkdaşları tərəfindən həmin məhsulun idxalçısı “Karona LTD” MMC-yə məxsus saxlanma anbarında yoxalama keçirilib.
Yoxlama zamanı istehsal tarixi 08.05.2019-cu il, son istifadə tarixi 07.05.2021-ci il olan Vyetnam mənşəli panqasius balığının etiket məlumatlarında məhsulun çəkisi 1 kq, donu açıldıqdan sonra qalan çəkisi 800 q göstərilsə də, donu açılmış məhsulun faktiki çəkisinin 495-510 qram olduğu müəyyən edilib və məhsulun satışı dərhal dayandırılıb.
Aşkarlanan faktla əlaqədar “Karona LTD” MMC qanunvericiliyin tələbləri çərçivəsində inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirləri davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində bundan sonra da ən sərt tədbirlər həyata keçirəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 saat əvvəl
-
4 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
5 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 5 saat əvvəl
-
6 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl