Ağ Ev: Əsədə çox dəqiq bir mesaj verdik
Ağ Evin sözçüsü Sean Spicer, mətbuat nümayəndələrinin ABŞ-ın Bəşşar Əsəd rejiminə aid bir hava bazasını hədəf alan raket hücumuna dair suallarını cavablandırıb.
"MArja" xəbər verir ki, Sean Spicer, ABŞ Prezidenti Donald Trumpın, Əsəd rejiminin kimyəvi silah istifadəsinin fərqində olduğunu, prosesi yaxından təqib etdiklərini və yekun olaraq dünən gecə konkret olaraq bir addım atdıqlarını bildirib.
ABŞ-ın kimyəvi silah istifadə məsələsində olduqca həssas olduğunu qeyd edən Spicer, "Atılan addım Əsəd rejiminə qarşı yönəlmişdi. Dünən gecə çox dəqiq bir mesaj verdiyimizi hesab edirəm" ifadəsini istifadə edib.
Hücum ərəfəsində Rusiya ilə siyasi və diplomatik mənada hər hansı bir təmas qurmadığını vurğulayan Ağ Evin sözçüsü, ABŞ ilə Rusiya arasındakı "münaqişələrin qarşısının alınması" müqaviləsinə istinad edərək, yalnız hərbi rəsmilərin müqavilə çərçivəsində görüşdüklərini qeyd edib.
Rejim dəyişikliyi prioritet deyil
Spicer, Suriyada rejim dəyişikliyi axtarışında olub-olmadıqları sualına dəqiq cavab verməyərək, "İlk növbədə Prezident Trump, Əsəd rejiminin ən azından kimyəvi silah istifadə etməyəcəyi barədə imzaladığı müqaviləyə riayət etməsi lazım olduğunu düşünür. Dünya miqyasında bu, minimum standart olmalıdır"- şərhini edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 41 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
Park Yasamal"da sərfəli qiymətlərlə mənzil satışı davam edir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Xarici və yerli şirkətlər bürokratik əngəl olmadan məhsullarını fermerlərə təklif edə bilər"
-
3 saat əvvəl
Avtomobilin dəyərinin 70 faizinədək cərimənin hansı halda tətbiq olunacağına aydınlıq gətirilib
-
3 saat əvvəl
Azərbaycandan xaricə ötən il 3 milyard dollardan çox birbaşa investisiya yatırılıb
-
3 saat əvvəl
Azərbaycana ötən il Rusiyadan 1 milyard dollardan çox pul köçürülüb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
ADAU ilə “Hacıqabul Quşçuluq Şirkəti” MMC arasında memorandum imzalanıb