Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan şirkətinin bal məhsulu Qətərdə 2-ci yeri tutdu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkətinin bal məhsulu Qətərdə 2-ci yeri tutdu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda arıçılıq sahəsində fəaliyyət göstərən və “Ballı” markasının sahibi “Apiaz” MMC 30 yanvar - 8 fevral 2020-ci il tarixində Qətər Respublikasının Doha şəhərində keçirilən Beynəlxalq bal sərgisində iştirak edib.

 

Şirkətdən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, sərginin sonuncu günündə 150-dən çox şirkətin 300-dən çox bal nümunəsi arasında keçirilmiş “Məhsulların keyfiyyət qiymətləndirilməsi” yarışında “Apiaz” şirkətinin təqdim etdiyi bal məhsulu xarici şirkətlər arasında məhsullarının keyfiyyətinə görə 2-ci yeri tutub.

 

Məlumata görə, bütün laborotoriya analizləri, keyfiyyət yoxlamaları məxfi şəkildə aparılıb.

 

“Bu bir daha sübüt edir ki, zəngin təbiətə malik Azərbaycan balı Dünya bazarında da layiqli yerini əldə edəcək. “Apiaz” MMC bundan sonra da Azərbaycan məhsullarını beynəlxalq bazarda təmsil etməyə davam edəcək”,- şirkətin məlumatında deyilir.

10.02.2020 16:20

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ