Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ASAN məktub və GoldenPay-dən növbəti xeyriyyə əməkdaşlığı

iç səhifə xəbər başlığı altı (mobil)_31
ASAN məktub və GoldenPay-dən növbəti xeyriyyə əməkdaşlığı

® GoldenPay şirkəti hər zaman sosial məsuliyyətli və xeyriyyə məqsədli layihələrə dəstək olur, mümkün reklam kanalları vasitəsi ilə işıqlandırmağa çalışır.

 

Reklam_3_11

Həm təhsillə bağlı, həm də ictimai mövzulara həssas reaksiya göstərərək bu mövzularda da, onlayn ödəmə şirkətləri arasında lider olduğunu bir daha sübut etmiş olur.

 

GoldenPay/Hesab.az və  “ASAN Könüllüləri” Təşkilatının “ASAN məktub” sosial proqramı çərçivəsində növbəti xeyriyyə məqsədli əməkdaşlıq baş tutub.

 

Uşaqları sevindirmək və onların arzularını reallaşdırmaq məqsədilə GoldenPay / Hesab.az əməkdaşlarının təşəbbüsü ilə "Ümid Yeri" Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətinin uşaqlarından www.asanmektub.az saytına gələn 53 məktub öhdəliyə götürülüb və hədiyyələri alınmışdı.

 

GoldenPay / Hesab.az rəhbərliyinin və ASAN könüllülərinin iştirakı ilə sığınacağın balaca sakinləri hədiyyələrinə qovuşdular. Hədiyyələrinə qovuşan balaca uşaqların sevincinin həddi-hüdudu yox idi.

 

GoldenPay şirkətinin İdarə Heyətinin Sədri Naina Mehdiyeva bildirib ki, uşaqların üzlərindəki sevinci görmək və onların gülüşünə səbəb olmaq dünyanın ən qiymətli hissidir. Belə təmiz qəlbli uşaqlar Azərbaycanın gələcəyidir. Gələcəyimizin bu sahədə irəli getməsi üçün GoldenPay komandası olaraq əlimizdən gələni edəcəyik.

 

 

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

 

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

11.02.2020 07:58

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ