Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda rektor vəzifədən gedir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda rektor vəzifədən gedir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı rəsmi məlumata görə, Yeni Azərbaycan Partiyasının 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov 9 fevral 2020-ci növbədənkənar parlament seçkilərində rəqiblərini 57,1 faizlik səslə geridə qoyub.

 

Reklam_3_11

Qanunvericiliyə əsasən, C.Məmmədov yeni formalaşacaq parlamentdə təmsil olunacağından hazırki rektor vəzifəsini icra edə bilməz.

 

Xatırladaq ki, C.Məmmədov Prezidentin 31 may 2018-ci il sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin olunub.

 

Ceyhun Məmmədov 28 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub.

 

O, 1991-1994-cü ildə Suriya Ərəb Respublikasında Əbu Nur İslam Kompleksi, Dəvət və İrşad institutunda təhsil alıb. Daha sonra (1994-1998) Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi İslama dəvət fakültəsində ərəb dili və dinşünaslıq üzrə bakalavr dərəcəsinə yiyələnib.

 

2000-2002-cü ildə Xəzər Universitetinin Humanitar fənlər fakültəsində Ərəb dili üzrə magistratura dərəcəsi, 2004-2007-cü ildə isə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ilahiyyat üzrə fəlsəfə doktoru dərəcəsi alıb.

 

C.Məmmədov indiyədək müxtəlif vəzifələrdə çalışıb. O, 1998-2001-ci ildə İrşad İslam Araşdırmaları Mərkəzində tərcüməçi - referent işləyib. 2001-2002-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Qarabağ bölgəsi üzrə şöbədə baş mütəxəssis, 2002-2006-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası bölməsinin müdiri işləyib.

 

2007-2012, 2012-2013, 2013- 2014-cü illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri, “Dövlət və din” ictimai fikir toplusunun redaktoru, Avrasiya tərcümə mərkəzinin tərcüməçisi, AMEA-nın Şərqşünaslıq institutunun Din və ictimai fikir tarixi şöbəsinin böyük elmi işçisi olub.

 

2015-ci ildən bu günə kimi Prezident Administrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi, 2017-2018-ci ildə isə Azərbaycan Dillər Universitetinin müəllimi işləyib.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© Modern

11.02.2020 08:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ