Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Beynəlxalq Bankda yeni təyinat

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankda yeni təyinat

O, İT və rəqəmsal transformasiya proseslərinə rəhbərlik edəcək.


 

Reklam_3_11

Strateji inkişaf planını uğurla yerinə yetirmək üçün kadr potensialını gücləndirən Azərbaycan Beynəlxalq Bankında yeni təyinat baş verib.

 

Bankdan "Marja"ya verilən məlumata görə, Nihat Şenyuva bankın Baş informasiya inzibatçısı vəzifəsinə təyin edilib.

 

1977-ci il təvəllüdlü Nihat Şənyuva 2000-ci ildə Türkiyənin Ege Universitetindən Kompüter mühəndisliyi ixtisası üzrə məzun olub. 2009-cu ildə isə Yeditepe Universitetində MBA dərəsəci alıb.

 

O, 2002 –2011-ci illərdə  Yapi Kredi Bankda, 2011-2016-cı illərdə Yapı Kredi Azərbaycanda müxtəlif vəzifələrdə çalışıb. Bankın İnformasiya texnologiyaları departamentinin rəhbəri, daha sonra İT üzrə baş direktoru olub.

 

Azərbaycan Beynəlxalq Bankı komandasına qoşulmazdan əvvəl Yapı Kredi Bankın törəmələri olan Yapı Kredi Bank Azərbaycan, Yapı Kredi Bank Niderland, Yapı Kredi Bank Malta banklarında, Yapı Kredi Factoring, Yapı Kredi Leasing, Yapı Kredi Asset Management təşkilatlarında İT və rəqəmsal transformasiya üzrə məsul rəhbər vəzifəsində çalışıb.

 

Azərbaycan Beynəlxalq Bankının 2022-ci ilə qədər qarşıya qoyduğu əsas hədəflərdən biri innovativ həllərin geniş tətbiqi, mükəmməl rəqəmsal təcrübənin formalaşdırılmasıdır. Bank hazırda bu istiqamətdə ardıcıl layihələr həyata keçirir. Nihat Şənyuva Azərbaycan Beynəlxalq Bankında İT və rəqəmsal transformasiya proseslərinə rəhbərlik edəcək.

11.02.2020 09:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ