Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

ƏDV-nin qaytarılması bu bank filiallarında həyata keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
ƏDV-nin qaytarılması bu bank filiallarında həyata keçiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aprel ayının 10-dan etibarən 1 ay müddətində Bakıda ilk dəfə olaraq keçiriləcək “Bakı Ticarət Festivalı” dövründə alınmış mallara görə əlavə dəyər vergisinin (ƏDV) qaytarılması 5 bankın 15 filial və şöbəsi tərəfindən həyata keçiriləcək.

 

Palatadan “Marja”ya daxil olmuş məlumata görə, Festivalın keçiriləcəyi ticarət mərkəzlərində və hava limanlarında bölmələrinin olması, habelə turistlərə bank xidmətlərinin göstərilməsi üzrə təcrübələri nəzərə alınaraq müvəkkil bank qismində “Kapital Bank” ASC, “Bank Silk Vey” ASC, “Azərbaycan Sənaye Bankı” ASC, “YapıKredi BankAzərbaycan” QSC və “PAŞA Bank” ASC müəyyən edilib.

 

“Bakı Ticarət Festivalı”-nın dövlət əhəmiyyəti və iqtisadi faydası nəzərə alınaraq valyuta mübadiləsi əməliyyatları daxil olmaqla, digər bank xidmətlərinin yüksək keyfiyyət və operativ həyata keçirilməsinə dair banklara bütün lazımi resursların ayrılması və əməkdaşların bu sahədə təlimatlandırılması tapşırılıb.

 

“Bakı Ticarət Festivalı” zamanı Azərbaycan vətəndaşlarıyla yanaşı, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə ƏDV-ninqaytarılması müvəkkil bankların aşağıdakı filial və şöbələri tərəfindən həyata keçiriləcək:

Adı

Filial və ya şöbə

Ünvan

Yaxın Ticarət Mərkəzi

“PAŞA Bank” ASC

Port Baku şöbəsi

Neftçilər prospekti 53

Port Baku TM daxilində

“Kapital Bank” ASC

“Gənclik Mall” filialı

Fətəli Xan Xoyski prospekti

“Gənclik Mall” TM daxilində

“28 may filialı”

Azadlıq prospekti 26

“28 Mall” TM yaxın

“YapıKrediBank Azərbaycan” QSC

“Nərimanov Metropark” filialı

Təbriz küçəsi, 106A

“Metropark” TM daxilində

Səbail filialı

Nizami küçəsi 69

“Nərgiz Mall” TM yaxın

28 May fililalı

Rəşid Behbudov küçəsi 8

“Park Bulvar” TM və “28 Mall” TM yaxın

“Azərbaycan Sənaye Bankı” ASC

Baş ofis

Zərifə Əliyeva 3

 “Nərgiz Mall” TM yaxın

“Park Bulvar” filialı

Neftçilər pr-ti. Dənizkənarı Bulvar

“Park Bulvar” TM daxilində

“Bank Silk Vey” ASC

Baş ofis

Həsən Əliyev küç., 131A

“Gənclik Mall” TM yaxın

1 №-li filial

Nizami küç., 142A

28 Mall TM yaxın

Havalimanları və Dəniz limanı “tax free” bölməsi

1 saylı şöbə

H.Əliyev adına Beynəlxalq Hava Limanı 1 saylı Terminal

Gömrük keçid məntəqəsindən sonra

Gəncə filialı

Gəncə Beynəlxalq Hava Limanı

Hava limanında

Lənkəran filialı

Lənkəran Beynəlxalq Hava Limanı

Hava limanında

Mübadilə şöbəsi

Qəbələ Beynəlxalq Hava Limanı

Hava limanında

Şəhər Dəniz limanında tax free bölməsi

Şəhər Dəniz limanı

Gömrük keçid məntəqəsindən sonra

08.04.2017 10:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ