Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Technol şirkəti API (American Petroleum Institute) sertifikatına layiq görüldü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Technol şirkəti API (American Petroleum Institute) sertifikatına layiq görüldü

(®) Azərbaycanda və Qafqaz regionunda ilk mühərrik və sənaye yağları istehsalçısı olan Technol Amerika Neft İnstitutunun mühərrik yağlarının lisenziyalaşdırma və sertifikatlaşdırma proqramında uğurla iştirak edərək istehsal etdiyi mühərrik yağları üzrə sertifikatla təltif olunub.

 

Reklam_3_11

Bu sertifikat təsdiq edir ki, Technol şirkətinin istehsal etdiyi mühərrik yağları ABŞ, eləcə də beynəlxalq avtomobil və mühərrik istehsalçıları tərəfindən irəli sürülən və ümumilikdə yağ sənayesi üzrə müəyyən edilmiş performans tələblərini tam olaraq qarşılayır.

 

Yeri gəlmişkən, Amerika Neft İnstitutu neft və təbii qaz sənayesinin istehsalat, emal, təchizat və bir çox sahəsində fəaliyyətdə olan 650-yə yaxın beynəlxalq korporasiyanı təmsil edən ABŞ-ın ən böyük ticarət assosiasiyasıdır.

 

Gündəlik 140, illik 50 min ton istehsal gücünə malik Technol şirkətində istehsal prosesinin təşkili məqsədilə Alman istehsalı olan avadanlıqlar quraşdırılıb, istehsal prosesinin tam avtomatlaşdırılması həyata keçirilib. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və Yaponiyanın tanınmış firmalarının müasir ciahazları ilə təchiz edilən şirkət, yağların geniş səpkidə dəqiq analizi üçün beynəlxalq akkreditasiyadan keçmiş (ISO 17025:2017) müasir laboratoriyaya malikdir.

 

Technol şirkətində bütün mühərrik və sənaye yağları Infineum, Chevron, Afton kimi nüfuzlu təchizatçıların yüksək keyfiyyətli qatqılarından istifadə edilməklə Amerika Neft İnstitutunun (API), Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) standartlarına müvafiq qaydada isehsal edilir, Amerika Test və Materiallar Cəmiyyətinin (ASTM) tələbləri əsasında sınaqdan keçirilir. İstehsal edilən bütün məhsulların müştəri tələbatına və qanunvericiliyin tələblərinə cavab verməsi üçün şirkətdə ISO 9001:2015 standartı tətbiq olunub.

 

Dünya üzrə tanınmış markaların göstəricilərinə cavab verən yağları istehsal edərək əlverişli qiymətə hər kəs üçün əlçatan etmək Technol şirkətinin başlıca fəaliyyət məqsədidir. Qısa müddət ərzində müştərilərin etimad və rəğbətini qazanan Technol şirkətinin istehsal etdiyi keyfiyyətli məhsullar bu gün daxili bazarın tələbatını ödəməklə yanaşı xarici bazarların tələbatını qarşılamaq üçün 10-a yaxın ölkəyə ixrac olunur.

12.02.2020 06:00

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ