Volkswagen Bakı Mərkəzi Tiguan-ın qiymətini açıqladı - SATIŞ ŞƏRTLƏRİ

(®) Çoxlarının gözlədiyi Volkswagen Tiguan avtomobilinin Azərbaycanda satışlarına başlanılıb.


Volkswagen Bakı Mərkəzindən “Marja”ya verilən məlumata görə, Tiguan həm böyük maraqla qarşılanır, həm də sərfəli şərtlər ilə alıcılara təklif olunur.


Volkswagen Tiguan Volkswagen Bakı Mərkəzində 64 min 600 manatdan başlayan qiymətlərlə təqdim olunur.
 

Avtomobil iki komplektasiyada – Comfortline və Highline komplektasiyalardadır. Avtomobilə sahib olmaq istəyənlər həm nəğd, həm də minimal ilkin ödənişlə yeni Tiguan avtomobilinə sahib ola bilərlər. Belə ki, cəmi 19 min 760 manat ilkin ödənişlə artıq avtomobilə sahib olmaq mümkündür. İlkin ödənişə bütün qeydiyyat xərcləri, komissiyalar, icbari və kasko sığorta daxildir.

 
Volkswagen Tiguan müasir texnoloji innovasiyaları və dözümlü kuzovu sayəsində öz seqmentində aparıcı yeri tutur. Avtomobil 1.5 litirlik turbo mühərrikə, 150 at gücünə malikdir. Bu mühərrik sayəsində avtomobil 100 km-ə cəmi 5.1 l yanacaq işlədə bilir və 9.3 saniyəyə 100 km/saat sürət yığa bilir.

 

Volkswagen Bakı Mərkəzi 

Ünvan: Babək prospekti, 35 A 

Telefonlar: (012) 5557788, (055) 5557788.

12 Fevral 2020 , 08:06   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin