Mobil manşet üstü reklam_21

"Qiymətli kağızlar sahəsində qanunvericiliyin yenilənməsinə ehtiyac var"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qiymətli kağızlar sahəsində qanunvericiliyin yenilənməsinə ehtiyac var"

"Qiymətli kağızlar sahəsində qanunvericiliyə yenidən baxılmasına ehtiyac var". İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı belə hesab edir.

 

Reklam_3_11

“Qiymətli kağızlar haqqında” qanun 2015-ci ildə qəbul edilib və yenilənməlidir. Bundan başqa, hesab edirəm ki, qiymətli kağızlar bazarı iştirakçılarının - investisiya şirkətlərinin, brokerlərin və s.-nin fəaliyyətini tənzimləyən qanun layihələri hazırlanmalıdır”, - deyə o, bu gün Bakıda keçirilən “VISA Cashless Forum”da bildirib.

 


İcraçı direktor, həmçinin qeyd edib ki, "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsinə artıq müvafiq dövlət qurumları tərəfindən baxılır. O, sənədin bu il parlament tərəfindən qəbul olunacağına ümidvar olduğunu deyib.

 

Xəbər verildiyi kimi, maliyyə bazarı tənzimləyicisinin fikrincə, "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun qəbul edilməsi müxtəlif ödəniş xidmətləri təqdim edən şirkətlərin rəqabət qabiliyyətini artıracaq, həmçinin onların maliyyə alətlərinə çıxış imkanlarını genişləndirəcək. Qanun, həmçinin Azərbaycanda mikromaliyyə şirkətlərinin vəziyyətinin yaxşılaşmasına imkan verəcək, elektron pulların və digər yeni maliyyə alətlərinin buraxılması üçün hüquqi bazanı təmin edəcək, eləcə də maliyyə bazarı iştirakçılarının siyahısını genişləndirəcək.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© İnterfaks-Azərbaycan 

12.02.2020 09:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ