Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Şahdağ meşələrinə zubrlar buraxılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şahdağ meşələrinə zubrlar buraxılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsmayıllı rayonunda Şahdağ Milli Parkında olub.

 

Reklam_3_11

Leyla Əliyeva burada zubrların təbiətə reintroduksiyası ilə bağlı IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan tərəfindən həyata keçirilən birgə layihə çərçivəsində inşa ediləcək kompleksin ərazisinə baxış keçirib. Layihə Şahdağ Milli Parkının ərazisində zubrların çoxaldılıb təbiətə buraxılmasını nəzərdə tutur. Bu məqsədlə milli parkın yaxınlığındakı 30 hektar ərazidə yüngül konstruksiyalı tikinti işlərinin həyata keçirilməsi planlaşdırılır.

 

Zubrlar Azərbaycanın zəngin təbiətində əsrlər boyunca məskunlaşıb. Növün son fərdlərinə keçən əsrin sonlarında Qafqaz dağının ətəyində rast gəlinib. Populyasiya effektiv idarə olunmadığından bu növün Azərbaycanda sayı tükənib. Son illər ərzində regionun və dünyanın aparıcı alimləri tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq, zəngin təbiətimizdə zubrlar üçün əlverişli şəraitin olduğu aşkarlanıb, bu növün populyasiyasının artırılması və qorunması məqsədilə reintroduksiyası layihəsinin keçirilməsinə qərar verilib.

 

Təsis olunduğu müddətdən IDEA İctimai Birliyi tərəfindən ölkəmizdə biomüxtəlifliyin qorunması və bərpası üzrə bir sıra layihələr həyata keçirilir. Daha əvvəl start verilmiş bu cür uğurlu layihələr arasında "Ceyranların tarixi areallarına reintroduksiyası" və Qafqaz bəbirinin mühafizəsi üzrə layihələri xüsusilə qeyd etmək olar.

08.04.2017 11:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ