Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"15 milyon dollarlıq kredit borcumuzu bağlamışıq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"15 milyon dollarlıq kredit borcumuzu bağlamışıq"

Böyük Britaniyanın “Anglo Asian Mining” (AAM) şirkəti (Azərbaycanda qızıl yataqlarının işlənməsi layihəsinin operatoru) “PAŞA Bank”dan cəlb etdiyi 15 milyon dollar məbləğində kredit borcunu bağlayıb.

 

Reklam_3_11

Bu barədə şirkətdən məlumat verilib.

 

“Cari il fevralın 10-da “Anglo Asian Mining” “PAŞA Bank”ın kreditinin ödənilməsi üşün son ödənişi həyata keçirib. Hazırda şirkətin balansında heç bir borc yoxdur”, - AAM qeyd edir.


“2015-ci ildə şirkətinin borcunun 50 milyon dollar həcmində pik həddə çatmasını nəzərə asaq, bu, əlamətdar hadisədir. Borcların olmaması ilə əlaqədar maliyyə çevikliyi “Anglo Asian Mining”a diqqətini öz biznesinin inkişafına yönəltməyə imkan verir”, - məlumatda AMM-nin baş direktoru Reza Vəzirinin sözlərindən sitat gətirilir.
O məlumat verib ki, 2015-ci ildən etibarən şirkət borcun ödənilməsindən əlavə biznesinin sərmayə yatırmağa davam edib, Azərbaycanda müqavilə sahələrində 3 illik geoloji kəşfiyyat işlərinə başlayıb, mütəmadi dividendlərin ödənişinə başlayıb və mühüm həcmdə pul vəsaiti toplayıb.

 

“Bu, “Anglo Asian Mining” şirkətinin pul vəsaitinin etibarlı generasiyasını açıq şəkildə nümayiş etdirir”, - Vəziri qeyd edib.

 

Xəbər verildiyi kimi, 2018-ci il fevralın 10-da “Azerbaijan International Mining Company Limited” (“Anglo Asian Mining plc”-nin (ААМ) törəməsi) “PAŞA Bank”dan 15 mln. dollar məbləğində sindikatlaşdırılmış kredit cəlb edib. Vəsait 2 il müddətinə və illik 7% dərəcəsi ilə verilmişdi.

12.02.2020 15:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ