Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda 18 208 manat pensiya alan var

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 18 208 manat pensiya alan var

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli Azərbaycanın pensiya sistemini rəqəmlərlə izah edib.

 

Reklam_3_11

Müşavir bildirib ki, pensiya üç halda şəxs pensiya yaşına çatdıqda, əmək qabiliyyətini itirdikdə, vəfat etdikdə, yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə təyin olunur:

 

Onun sözlərinə görə, Azərbaycanda pensiyaçıların sayı 1 280 000 nəfərdir. Bu da ölkə əhalisinin 13%-ni təşkil edir. 

 

Pensiyaçıların sayı

1. Yaşa görə pensiyaçılar - 750 000 (pensiyaçıların 60%-i) 

2. Əlilliyi görə pensiyaçılar - 380 000 (pensiyaçıların 30%-i)

3. ABİ-yə görə pensiyaçılar - 150 000 (pensiyaçıların 10%-i)

 

Pensiya məbləğləri:

1. Minimum pensiya məbləği - 200 manat 

2. Orta pensiya məbləği - 300 manat 

3. Maksimum pensya məbləği - 18 208 manat

 

Pensiya artımı üzrə indeksasiya:

1. 2017-ci il üzrə - 5.7% artım 

2. 2018-ci il üzrə - 3% artım 

3. 2019-cu il üzrə - 16.6% artım

 

Nazir müşaviri pensiyaya dair formalaşmış yanlış fikirləri də açıqlayıb: "Pensiya heç də həmişə tək qocalıqla əlaqəli olmur. Şəxs istənilən yaşda əlil olduqda və vəfat etdikdə də pensiya əldə edə bilir. Pensiya heç də həmişə 200 manat olmur. Hazırda aylıq 18 208 manat pensiya alan şəxs var. Pensiya artımı heç də həmişə cüzi olmur. Son artım 16,6% təşkil edərək pensiyaları 33 - 2 400 manat aralığında artırıb".

12.02.2020 16:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ