Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Tranzit yük avtomobilləri Azərbaycanda ləngiməyəcəklər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tranzit yük avtomobilləri Azərbaycanda ləngiməyəcəklər

Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışı zamanı “ASAN Tranzit” Sistemi barədə məlumat verilib.

 

Bildirilib ki, bu sistem ölkəyə daxil olan tranzit yük avtomobillərinin qanunvericilikdə mövcud olan ödənişləri (vergi, rüsum və s.) əvvəlcədən ödəməsinə imkan verən və məlumatları real vaxtda müvafiq informasiya sistemlərinə ötürən platformadır. Dövlət sərhədinə yaxınlaşmadan öncə avtomobilin sürücüsü və ya avtomobilin qeydiyyatda olduğu şirkət sürücü və avtomobil barədə məlumatları sistemə daxil etməklə müvafiq ödənişləri həyata keçirir və ödəmənin təsdiqinə dair elektron sənəd əldə edir. Bu sistem yük avtomobillərinin ölkəyə daxil olduğu zaman əlavə dayanmaların qarşısını almaqla, ödənişlərin bir nöqtədə toplanmasına imkan verir. Sistemin imkanları, həmçinin ölkəmizin beynəlxalq tranzit yükdaşımaları zamanı üstünlük verilən marşruta çevrilməsinə və proseslərin səmərəliliyinin artmasına şərait yaradır.

13.02.2020 05:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ