Turistlər yaxınlaşır, şəkil çəkdirir, o isə pul qazanır

ONLAYN AVİABİLET AL – WWW.SAFAR.AZ

 

Turizmin istiqamətlərindən biri də ekoturizmdir. Bir çox dünya ölkələrində olduğu kimi, respublikamızda da ekoturizmə xüsusi diqqət yetirilir, turistlərin diqqətini çəkə biləcək məkanlar yaradılır.

 

Belə məkanlardan biri də Şəmkir rayonunun Çənlibel kəndindəki maral təsərrüfatıdır. Çənlibel bələdiyyəsinə daxil olan füsunkar meşə ərazisindəki 50 hektarda 60 baş maral saxlanılır. Artıq bir ildən çoxdur ki, marallar bu ərazidə bəslənilir. Rusiyanın Altay vilayətindən gətirilmiş marallar yerli şəraitə uyğunlaşıb.

 

Bələdiyyə sədri Babək Əliyev   bildirib ki, ərazidə hələlik turistlərə ilkin xidmət göstərmək üçün müvafiq şərait yaradılıb. Yaxın gələcəkdə ailəvi istirahət üçün xüsusi otaqlar tikiləcək ki, burada gecələmək də mümkün olsun.

 

Yay aylarında bura gələnlərin sayı çox olur. Hələlik turizm mövsümü başlamasa da, hər gün onlarla qonaq bu təsərrüfata baş çəkir. Onlara marallara yaxınlaşmaq, şəkil çəkdirmək imkanı yaradılır.

 

Marala qulluq edən Elbrus Əliyev deyib: “Gənclər bu ərazinin tez-tez qonağı olur. Əlbəttə ki, yaşıl meşə, təmiz hava, soyuq bulaq gənclərin əsl istirahət yeridir. Xüsusilə də Azərbaycanda indi çox az təsadüf edilən maralla şəkil çəkdirmək və dostlarla paylaşmaq müasir gənclər üçün maraq doğurur”.

 

Hələlik havalar soyuq keçdiyi üçün maral təsərrüfatına gələn qonaqların sayı da azdı. Bir-iki aydan sonra buraya minlərlə turist səfər edəcək.

 

© Azərtac

8 Aprel 2017 , 14:05   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin